“Taliban" hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, qadağa əfqan qadınlarını öz hərəkətlərində daha da məhdudlaşdıracaq.
Bildirilib ki, bundan əvvəl onların kişilərin müşayiəti olmadan ölkəni, hicabsız və ya örtüksüz isə evlərini tərk etmələri qadağan edilib.
Qadağadan sonra park sahibləri bizneslərinin iflas olacağından narazılıq ediblər.
Bizim.Media