Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Moldova səfirinə səfirliyinin əməkdaşının “persona non qrata” (arzuolunmaz şəxs) elan olduğunu bildirən nota təqdim edilib.
Qeyd olunub ki, bu tədbir bu il noyabrın 1-də Moldova tərəfinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı əsassız qərarına verilmiş cavabdır.
Bizim.Media