"Kreml ABŞ Konqresinə seçkilərin nəticələri ilə bağlı məlumatları diqqətlə təhlil edir".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiya ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq. Konqresə seçkilər buna təsir etməyəcək", - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Strateji Hücum Silahlarının azaldılması ilə bağlı SNV-3 müqaviləsinin uzadılması ilə əlaqədar Rusiya Federasiyası ilə ABŞ arasında dialoqdan danışmaq hələ tezdir, bu cür təmasları əvvəlcədən elan etmək olmaz.
Bizim.Media