Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, XİN rəhbəri Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısında dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı müşayiət etmək və TDT xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə 9-11 noyabrda Özbəkistana səfər edəcək.
Bildirilib ki, Səmərqənd Zirvə Toplantısında Təşkilatla bağlı bir çox sahələrdə hüquqi infrastruktur məsələləri müzakirə olunacaq, cari və yeni əməkdaşlıq qiymətləndiriləcək.
Tədbirdə həmçinin ortaq əməkdaşlıq üzrə qlobal və regional problemlər və təşkilatın gündəliyi müzakirə ediləcək.
Bizim.Media