"Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik".
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Şarm əl-Şeyxdə keçirilən iqlim konfransında bildirib.
Stoltenberq bildirib ki, belə bir ssenari Ukrayna üçün fəlakət olmaqla yanaşı, NATO üçün də təhlükə olacaq.
“Çünki bu cür gücdən istifadənin qonşu ölkələr üzərində nəzarəti ələ keçirmək kimi siyasi məqsədlərə nail olmağa imkan verdiyini göstərəcək”.
O, Rusiyanın təkcə Ukraynaya deyil, həm də NATO-ya qarşı ambisiya nümayiş etdirdiyini vurğulayıb.
Bizim.Media