Rusiya Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, - deyə məlumatda bildirilib.
Bildirilib ki, yük daşımaları üçün bütün zolaqlar avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur:
“Yük avtomobillərinə Rusiya Federasiyası ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur”.
Bizim.Media