Livanın Akkar vilayətinin Türkmən kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, abidənin açılış mərasiminə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları qatılıb.
Açılış mərasimindən əvvəl hər iki ölkənin dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bizim.Media