ABŞ Ukraynaya iki ədəd “NASAMS” hava hücumundan müdafiə sistemi (PUA) tədarük etdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Departamenti (Pentaqon) məlumat yayıb.
Pentaqon iki ədəd PUA-nın tədarükünü təsdiqləsə də, “ATACMS” taktiki raketlərinin çatdırılmasının mümkün olub-olmaması ilə bağlı açıqlama verməkdən imtina edib.
Departament əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri artıq ABŞ-ın verdiyi “NASAMS” PUA-larından istifadə edir.
Qeyd edək ki, şəxsi heyətin bu PUA-larla təlimi Avropada aparılıb.
Bizim.Media