Zəfər Günü ilə əlaqədar olaraq Gürcüstanda da bayram abu-havası hiss olunub.
Bizim.Media xəbər verir ki, bu gün Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Qonşu ölkə paytaxtının ən yüksək nöqtəsində yerləşən teleqüllə ilə yanaşı,Tbilisinin mərkəzində yerləşən “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bizim.Media