"Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək".
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin komitə iclasında bildirib.
Nazir qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülh və rifah üçün Ermənistanla normallaşma prosesini həyata keçirir.
Çavuşoğlu həmçinin Azərbaycanla müdafiə, enerji, logistika, nəqliyyat sahələrində, eləcə də işğaldan azad edilmiş torpaqların bərpasında hərtərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.
Bizim.Media