Türkiyə noyabrın 19-da vaxtı bitəcək taxıl sazişinin müddətini daha bir il uzatmaq istəyir.
Bizim.Media xəbər verir ki, bunu Ankaradakı mətbuat konfransında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Ukrayna Türkiyə vasitəsi ilə Qara dənizdəki təhlükəsizlik dəhlizini hərbi məqsədlər üçün istifadə edilməyəcəyinə dair Rusiyaya zəmanət verib. Biz sazişin müddətinin daha bir il uzadılmasını təklif edirik”, – deyə nazir qeyd edib.
Bizim.Media