İstanbul-Yekaterinburq reysi ilə uçan təyyarə Soçidə təcili eniş etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidmətindən məlumat verilib.
Məlumata görə, göyərtəsində 100 sərnişin olan təyyarə kabin təzyiqinin azalması səbəbindən eniş etməyə məcbur olub.
Bildirilib ki, eniş Moskva vaxtı ilə təxminən 22:30-a planlaşdırılır. Gözlənilən eniş yerinə iki təcili yardım maşını göndərilib.
Bizim.Media