Noyabrın 7-də Türkiyənin paytaxtı Ankarada ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli müdafiə, hərbi təlim və müdafiə sənayesi sahəsində əməkdaşlıq, həmçinin regional və qlobal müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Qeyd edək ki, növbəti görüşün gələn il ABŞ-da keçirilməsi nəzərdə tutulur.
Bizim.Media