Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin Ukraynada xüsusi hərbi əməliyyatlara başlamasının səbəblərindən danışıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Medvedev Ukraynanın nüvə proqramına yenidən başlaması Rusiyanın orada xüsusi hərbi əməliyyatlar keçirməsinə səbəb olduğunu bildirib.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata start verib. Döyüşlər 8 aydan çoxdur ki davam edir.
Bizim.Media