Tanzaniyanın “Precision Air” şirkətinə məxsus sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.
Bizim.Media TBC nəşrinə istinadən xəbər verir ki, təyyarədə 53 nəfər olub: 49 sərnişin və 4 ekipaj üzvü.
Layner Tanzaniyanın Dar əs-Salam şəhərindən Mvanzaya uçub.
İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub.
Nəşr indiyədək 15 nəfərin xilas edildiyini yazıb.
Bizim.Media