ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi Tehranın Səudiyyə Ərəbistanına hücum hazırladığı iddiası ilə bağlı məlumat aldıqdan sonra İrana doğru qırıcı təyyarələr göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şənbə günü “The Washington Post” qəzeti öz mənbələrinə istinadən yayıb.
Nəşr bunun dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.
Mənbə Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarının hazırlandığını iddia edib.
Qəzetin qeyd etdiyi kimi, ABŞ-ın Krallıqda yerləşən Silahlı Qüvvələri və Səudiyyə ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bizim.Media