İtaliyanın paytaxtı Romada Ukraynada baş verən müharibə ilə əlaqədar minlərlə insan mitinq keçirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, “Avropa Sülh naminə” yürüşündə 30 minə yaxın insan iştirak edib.
Bildirilib ki, aksiyaya katolik, pasifist, skaut, ətraf mühit və həmkarlar ittifaqlarının da daxil olduğu təxminən 600 ictimai təşkilat və birlik qoşulub.
Nümayiş təşkilatçılarının fikrincə, bu, siyasi xarakter daşımır.
Bizim.Media