ABŞ Ukraynaya 45 “T-72” tankının Kiyevə təhvil verilməsini nəzərdə tutan daha 400 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu brifinqdə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Sabrina Sinq deyib.
“Yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində həyata keçiriləcək”,-deyə Pentaqon rəsmisi bildirib.
Bizim.Media