“G7 ölkələri 2020-ci ilin yanvar ayında "Boeing" təyyarəsinin vurulmasına görə İranı məsuliyyətə cəlb etmək istəyir”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu, G7 ölkələrinin xarici işlər nazirlərinin yaydıqları birgə bəyanatda bildirilib.
Bəyanatda İranın nüvə silahı əldə etməsinin qarşısının alınacağı bildirilib və İrandakı aksiyalarda həbs olunanların azadlığa buraxılması tələb edilib.
Nazirlər İranın ikili vətəndaşlığı olan və xarici ölkə vətəndaşlarını ölkəsində saxlamasını pisləyib.
Həmçinin, Rusiya və digər ölkələrə qarşı da iqtisadi sanksiyaların tətbiqinin davam etdiriləcəyi də sənəddə qeyd olunub.
Bizim.Media