BP Azərbaycandakı mühüm biznes xidmətləri üzrə müqaviləni yerli şirkətə verib

BP “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC) və “Şahdəniz” layihələrinin operatoru kimi bu gün qaz turbinləri qurğularında istismar və texniki xidmətlərin göstərilməsi üzrə yeddi illik bir müqaviləni yerli şirkət olan “Glensol”a (Global Energy Solutions LLC) verdiyini elan edir. 

Bizim.Media xəbər verir ki, bu barədə BP-nin məlumatında bildirilir. 

Məlumatda qeyd edilir ki, BP-nin regiondakı əməliyyatlarında biznes xidmətləri üzrə daha bir mühüm sahənin yerli şirkətə tapşırılması deməkdir. Həmçinin bp-nin qlobal təchizat zəncirində də ilk dəfədir ki, bir qayda olaraq, həmin avadanlığın istehsalçısının özü tərəfindən təmin olunan xidmət işləri yerli xidmət şirkətinə həvalə olunur. 

Bu yüksək dəyərli müqavilə rəqabət əsaslı, geniş əhatəli və mürəkkəb bir tender prosesi nəticəsində bağlanılıb. Müqavilənin iş həcminə qaz turbinləri qurğularına texniki xidmət, qurğuların idarə edilməsi, güc turbinlərinin, mühərriklərin və dəyişən cərəyan generatorlarının əsaslı təmiri, ehtiyat hissələrinin idarə edilməsi və digər əlaqədar xidmətlər daxildir. 
Bu müqavilə çərçivəsində göstəriləcək xidmətlər Azərbaycanda bp-nin əməliyyatçısı olduğu bütün dəniz və qurudakı obyektləri, o cümlədən Səngəçal terminalını əhatə edir. Müqavilənin əhatə dairəsinə gələcək Azəri Mərkəzi Şərqi (ACE) platforması üzrə xidmətlər də daxildir. 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda təchizat üzrə baş meneceri Hikmət Qayıbov:

“Biz tarixən beynəlxalq təchizatçılar tərəfindən idarə olunmuş bu mühüm biznes xidmətləri sahəsi üzrə Glensol şirkəti ilə müqavilə bağlamaqdan məmnunuq. 

“Bu müqavilənin imzalanması bir daha onu göstərir ki, biz Azərbaycanda yerli resursları inkişaf etdirmək və regionda bp-nin əməliyyatçısı olduğu layihələrdə bu resursların rolunu artırmaq öhdəliyimizə sadiqik. Bu il Azərbaycanda fəaliyyətimizin 30 illiyini qeyd edirik və bu müddət ərzində ölkədə yerli resurslardan istifadə sahəsində əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq.

Cari ilin ilk üç rübü ərzində bizim operator olaraq ümumi üçüncü tərəf xərclərimizin 60%-i ölkə daxilində xərclənib. Biz həmçinin yüzlərlə yerli şirkət üçün öz imkanlarını genişləndirmək və neft və qaz layihələrinin xidmət və təchizat sahəsində iştirak etmək imkanı yaradan iri sosial investisiya proqramımız vasitəsilə yerli biznesin inkişafına sərmayə qoymağa davam edirik.” 
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda texniki xidmət və etibarlılıq sahəsi üzrə meneceri İlqar Həsənov:

“Qaz turbinlərinə texniki xidmət biznes fəaliyyətimizin mühüm sahələrindən biridir və obyektlərimizin uzunmüddətli təhlükəsiz, etibarlı və bütöv şəkildə istismarı üçün zəruridir. Bu mühüm iş həcminin yerli şirkətə etibar olunması böyük nailiyyətdir. Ümid edirik ki, belə bir məsuliyyətli sahədə bizə göstərilən yüksək xidmət səviyyəsi davamlı olacaq.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

End of content

No more pages to load

RADİO