“Twitter”in yeni rəhbəri İlon Mask işçilər üçün əlavə istirahət günlərini ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, Mask əməkdaşların məsafədən iş rejimini ləğv edərək hamını ofisə qaytarmağı planlaşdırır.
Şirkətin korporativ mədəniyyətindən narazı qalan milyarder pandemiya dövründə tətbiq edilmiş əlavə istirahət gününü də ləğv edib.
Bizim.Media