Qırğız Respublikası Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.
“İndi “Aksunqur” da bizimdir!”, - deyə Taşiyev bildirib.
Qeyd edək ki, “Aksunqur” pilotsuz uçuş aparatını Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti istehsal edir.
Bizim.Media