“Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba özünün “Twitter” hesabında paylaşıb.
Kuleba bildirib ki, Ukrayna Rusiyanın Qara dəniz Taxıl Təşəbbüsünü məhv etmək planları barədə əvvəlcədən xəbərdarlıq edib:
“İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram”.
Bizim.Media