İranın Şərif Texnologiya Universitetinin etirazçı tələbələrinin universitetə girişi qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında universitetin mühafizəsi tərəfindən təhsil ocağına girişi qadağan olunan tələbələrin siyahısı hazırlanıb və bunun əsasında universitet tərəfindən həmin tələbələrin girişinin qarşısı alınıb.
Qeyd edək ki, İranda bir müddət əvvəl baş qaldıran xalq etirazlarına bir sıra universitetlərlə yanaşı sözügedən təhsil müəssisəsinin tələbələri də qoşularaq dərsləri boykot ediblər.
Bizim.Media