Vikipediyada kim nə istəsə yaza bilər? - MÜZAKİRƏ

XXI əsrin texnologiyası sayılan Vikipediyanın imkanları eyni zamanda istifadəçilərin virtual məkandan müxtəlif məqsədlər üçün istifadə etməsinə şərait yaradır.

Bu imkanlara ilk növbədə reklam xarakterli məlumatlar, spamlar, dezinformasiyanın daxil etməsi, informasiya müharibələri aiddir. 

Vikipediya hamıya açıq olduğu halda orada yazılan yazıları necə etibarlı hesab etmək olar.

Bizim.Media “Azərbaycan “Vikipediya”sının etibarlı mənbə olması üçün nə etməliyik?” mövzusunda sorğu keçirib.

Vikipediyada məqalə yerləşdirənlər deyir ki, bu resurs özü heç vaxt mənbə kimi istifadə edilə bilməz. Vikipediyanın özü mənbələrdən hazırlanır.

Məsələn, kitab, qəzet, internet resursunda məlumat varsa, bu, birləşdirilib vikipediyaya salınır və mənbələr də orada göstərilir.

Bunu Bizim.Media-ya Azərbaycan vikipediyaçıları qrupunun redaktoru Araz Yaquboğlu söylədi:

“Vikipediyaya müdaxilə etmək olur, çünki özü açıq resursdur. İngilislərin vikipediyalarının özündə də istənilən adam girib orada nəyisə dəyişə bilər. Hamısında prinsip eynidir. Sadəcə olaraq bizdə aktivlik azdır”.

Redaktor söylədi ki, Azərbaycan vikipediyaçıları istifadəçi qrupu var. Həmin qrup  həvəsləndirici layihələr həyata  keçirir.

Mövzulu aylar layihəsi olur. Bununla çalışırıq ki, vikipediyanı zənginləşdirək. Gündə 50-60, bəzən də 100-ə yaxın redaktor işləyir. Azərbaycanca vikipediya hazırda inkişaf mərhələsindədir”.

O, əlavə etdi ki, istənilən yazıya yerli-yersiz redaktələr olanda ona müdaxilələr də olur: 

“Yazılar orijinal halına geri qaytarılır.  Bizim Vikipediyada 170 minə yaxın məqalə var. Hamısına eyni anda nəzarət etmək çətindir.

Bu işə vicdanla yanaşmaq lazımdır. Biri girir, Paşinyanın səhifəsinə nalayiq ifadələr yazır. Hə, nə olsun? Bununla heç nə əldə etmək olmayacaq.

Ancaq durub onunla bağlı fakta əsaslanan hansısa bir informasiya yaysa, bu, ədalətli informasiya mübarizəsi olacaq. Lazımsız informasiyaları məqaləyə əlavə etməklə əlbəttə ki, bizi etibarlı hesab etməyəcəklər”.

Ekspert deyir ki, hamımız bu işə məsuliyyətlə yanaşsaq, Azərbaycan Vikipediyası etibarlı hesab olunacaq:

“Kimlərisə Vikipediyada işləməyə dəvət edirsən, deyir, mənim xeyrim nədir? Biz hər şeyi maddiyyata bağlayırıq. Hətta, dəfələrlə bizə deyiblər ki, sizin ağlınız yoxdur ki, bu işlə məşğul olursunuz…” 

Mövzunu millət vəkili Elnur Allahverdiyev ilə davam etdiririk. O, bu sahədə olan boşluqlardan söz açaraq Vikipediyada hər kəsin istədiyini yaza bilməsi barədə yanlış təsəvvürün mövcud olduğunu qeyd etdi.

Bu təsəvvür haradan formalaşır? Vikipediya açıq ensiklopediyadır: 

“Mövcud material düzəlişlər üçün hər zaman açıqdır. Lakin düzəliş ediləndə, o cümlədən yaradılan yeni məqalə yerləşdiriləndə mənbəyə əsaslanmalıdır. Elmi nəşrlərdən tutmuş mediayadək.

Bizim yaşadığımız ən böyük çətinlik də məhz budur. Vikipediyanın istinad etdiyi nüfuzlu mənbələr sırasında bizim elmi nəşrlərimiz və media resurslarımız yoxdur, yaxud çox cüzidir. Misal üçün, biz ingilis dilində Qarabağdakı məbədlərin alban məbədləri olmasına dair material hazırlayırıqsa, ingilisdilli Vikipediyaya müvafiq mənbələr təqdim etməliyik.

İndi gəlin görək, xarici elmi mərkəzlərin, universitetlərin elmi nəşrlərində, jurnallarında, saytlarında bizim mövqeyimizi əks etdirən informasiya varmı? Azərbaycanda kitablar, məqalələr, oçerklər kifayət qədərdir. Ancaq ingilis, rus, fransız və s. dillərdəki Vikipediya onlara istinadı qəbul edirmi? Demək olar ki, xeyr”.

Daha sonra ekspert fikirlərini növbəti nümunə ilə davam etdirdi:

“Bir Amerika ermənisi oturub belə məzmunda bir məqalə yaradır ki, “Azərbaycan əsgəri mülki ermənilərə atəş açıb”. Bunu Kanadada dərc edilən bir qəzetə istinad da edir. Vikipediya dərhal o materialı qəbul edir.

Hərçənd ki, bu, bir “feykdir” və Azərbaycan mediasında bu iddianı inkar edən onlarla xəbər çıxıb. Vikipediya bu halda bizim media resursları qəbul etmir. Bu baxımdan, bizim əsas problemimiz həm mediamızın, həm də Azərbaycanın hüdudlarını aşa bilmədi. Mediada çox professional, vətənpərvər gənclərimiz işləyir.

Sizin 44 günlük Vətən müharibəsində misilsiz xidmətləriniz var. Ancaq daxili auditoriya ilə işləməklə bu kimi səddləri aşa bilmirik. Eyni yanaşmanı elm adamlarımıza münasibətdə də deyə bilərik”. 

Millət vəkili söylədi ki, bir problem də təbii ki, ermənilərin illər boyu xaricdə mütəşəkkil təşkilatlanmalarıdır. Onlar diaspor təşkilatları vasitəsi ilə bu istiqamətdə aktivdirlər və bizim haqqımızda saxta məlumatlar yaymağa macal tapıblar.

Onlar bütün dünya boyu yayılıblar, vətəndaşı olduqları ölkələrin dilində bilirlər və ümumi işlərinə töhfələrini verirlər. Odur ki, mən fürsətdən istifadə edib xaricdə oxuyan gənclərimizi də mütəşəkkül, fəal olmağa çağırıram.

Qoy onların da bu işə qatqıları olsun. Biz addım-addım irəliləməliyik və bu iş hazırda gedir. Ancaq kiçik bir qrupla, təşəbbüslə deyil. Hamımız bu istiqamətdə işləməliyik”

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

“Sumqayıt”da ciddi itki

“Sumqayıt”da ciddi itki

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO

Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Əməkdar artistin səhhətində problem yarandı

Əməkdar artistin səhhətində problem yarandı

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü

KVN ulduzu faciəvi şəkildə həlak oldu

KVN ulduzu faciəvi şəkildə həlak oldu

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

End of content

No more pages to load

RADİO