Azərbaycandakı “demokratiya”x9d

Azərbaycanda demokratik islahatların aparılmasının zəruriliyi, insan haqları və azadlıqlarının boğulması cəhdlərinin qarşının alınması və s. kimi məsələlərin uzun illərdir ki, ictimai-siyasi müstəvidə əsaslı surətdə müzakirə edildiyi məlumdur. Halbuki, ölkəmizdə demokratiyanın təntənəsi istiqamətində ölkə iqtidarının həyata keçirdiyi kompleks tədbirlər, qanunvericilik bazasında aparılan köklü dəyişikliklər və qanunların işləməsini təmin edən sərt və şəffaf nəzarət sistemi Azərbaycanda demokratiyanın nəinki yoxluğundan, hətta hansısa çatışmazlığından belə şikayətlənməyə əsas olmadığını göstərir. Lakin buna baxmayaraq, hər zaman olduğu kimi bu gün də bəzi qüvvələrin demokratiyanın vəziyyəti ilə bağlı öz narazılığını dilə gətirməsi, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirməsi müşahidə edilir ki, bu da müxalifət və bütövlükdə xalqın böyük kəsiminin hakimiyyətin uğurlarına olan qərəzindən xəbər verir.

Ümumiyyətlə, kim ki, Azərbaycanda demokratiyanın mövcud olmadığını söyləyir, kim ki, hakimiyyətin insan haqq və hüquqlarına qəsb etdiyini, vətəndaş azadlıqlarını məhdudlaşdırdığını söyləyir, bununla da  özünün hədsiz riyakarlığını ifşa etmiş olur. Çünki Azərbaycanda demokratiyanın, həm də bütün dünyaya örnək olacaq demokratiyanın mövcudluğu dənizin maviliyi, günəşin hərarəti, səmanın sonsuzluğu qədər aydın bir həqiqətdir.

Bəli, Azəbaycanda cəmiyyətin, dövlət və idarəetmə sisteminin bütün sahələrini əhatə edən aşkar, inkaredilməz demokratiya mövcuddur. Lakin bu, hər kəsin şərhsiz də başa düşdüyü sıradan, ənənəvi demokratiya deyil. Bu, sözün həqiqi mənasında qara demokratiyadır. Bu, varlının kasıb,  güclünün zəif, məmurun xalq, haqısızın haqlı, günahkarın günahsız, oğrunun doğru, yalanın həqiqət, cinayətin qanun üzərindəki demokratiyasıdır. Bu, elə bir demokratiyadır ki, siz bu demokratiyanın yazılmayan, amma həyata çoxdan vəsiqə alan prinsiplərini əsas götürərək törətdiyiniz istənilən cinayətə haqq qazandıra, hətta buna görə təltif də ala bilərsiniz. Siz qara demokratiyanın pul və mənsəb sahiblərinə tanıdığı sonsuz səlahiyyətlərdən faydalanaraq bütün bir toplumla kralın təlxəklə rəftar etdiyi kimi rəftar edə, onu ən gülməli və təhlükəli əyləncələrinizə alət edə bilərsiniz. Siz bu demokratiyanın köməyi ilə özünüzün qanun və əxlaqa zidd olan elə istəklərinizi reallaşdıra bilərsiniz ki, bu istəkləri dünyanın heç bir ölkəsində - demokratiya beşiyi sayılan ABŞ-dan tutmuş polisi cinayətkardan seçilməyən vəhşi Kolumbiyaya qədər heç bir guşəsində gerçəkliyə qovuşdura bilməzsiniz.

Bəli, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan demokratik ölkədir. Burada hər kəsin istədiyi fikri dilə gətirməsi, istədiyi məsələ ilə bağlı öz narazılığını dilə gətitrməsi mümkündür. Qara demokratiya buna etiraz etmir, əksinə insanlara bütün bu azadlıqları verməklə öz mövcudluğunu təsdiqləmiş olur. Lakin əgər sizin haqlı olduğunuzu sübut edəcək qədər gücünüz yoxdursa və bu səbəbdən əzilən, təhqir edilən tərəf olduğunuz halda sizi döyən, haqqınızı qəsb edən tərəfə kompensasiya ödəmək, ondan üzr istəmək məcburiyyəti qarşısında qalmısınızsa, bu demokratiyanın günahı deyil. Madam ki, siz demokratiya ilə bağlı yanlış təsəvvürlərlə silahlanmış halda rüşvət verməli olduğunuz nöqtədə “qanun”x9d deyə çığırırsınızsa, pulun aça biləcəyi qıfılları ədalətin zərif barmaqları ilə açmağa çalışırsınızsa, bu, demokratiyanın deyil, sizin özünüzün nöqsan və çatışmazlığından xəbər verir.

Odur ki, ədalətli olun. Azərbaycanda denokratiyanın yoxluğu ilə bağlı qərəzli təbliğat aparmağı dayandırın. Gerçəyi qəbul edin və demokratiyadan faydalanmaq, onun yeni, Azərbaycan mühitinə uyğunlaşdırılan prinsipləri ilə işləməyi öyrənin. Birdəfəlik bilin ki, dünya demokratiyasının uzunmüddətli tərəqqi prosesinin yekunu olaraq meydana çıxan Azərbaycan demokratiyası yalnız o şəxslərin hüququnu tanıyır ki, onların ölkə qanunlarına təsir gücü qanunların onlara təsir gücündən qat-qat çoxdur. Əgər siz yetərincə güclü deyilsinizsə, əgər sizin milyonlarla pulunuz, tonlarla qızılınız yoxdursa, əgər çiyninizdə general paqonu, cibinizdə nazir vəsiqəsi daşımırsınızsa, əgər bütöv bir ömrü yalnız halal zəhmətlə, sıradan bir zəhmət adamı  kimi keçirmisinizsə, deməli baş verənlərin bütün məsuliyyət sizə məxsusdur. Ona görə də, Azərbaycanda demokratiyanın yoxluğu ilə bağlı gərtəksiz hay-küy salmaqdan, ölkə iqtidarına qara yaxmaqdan əl çəkin. Ləyaqətli olun və qara demokratiya qarşısında hörmət hissi ilə baş əyin. Madam ki, sizi özünə əsir edən bu demokratiyadan xilas ola bilmirsiniz, madam ki, nifrət etdiyiniz sistemin adi, idarəolunan tərkib hissəsiniz, madam ki, dünən də, bu gün də həyatınıza cinayətkar hesab etdiyiniz insanlar qərar verir və sizin bu qərara etiraz etmək, bu yolda ölmək cəsarətiniz yoxdur, o zaman sadəcə ehtiramla baş əyin.

 

Zaur Abdullayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Filippində 6,7 maqnitudalı zəlzələ olub

Filippində 6,7 maqnitudalı zəlzələ olub

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

Rusiya Qubadlıda uşaq bağçası tikir - FOTO

Rusiya Qubadlıda uşaq bağçası tikir - FOTO

İlk mərhələsi tamamlanan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verildi!

İlk mərhələsi tamamlanan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verildi!

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

Ursula fon der Lyayen Bakıdan sonra İrəvana gedəcək

Ursula fon der Lyayen Bakıdan sonra İrəvana gedəcək

Qusarçayda sahil torpaqları TƏHLÜKƏDƏ – Texnikalar fasiləsiz işləyir - FOTO

Qusarçayda sahil torpaqları TƏHLÜKƏDƏ – Texnikalar fasiləsiz işləyir - FOTO

Bir kənddən 7 şəhid - Prezident hamısını TƏLTİF etdi

Bir kənddən 7 şəhid - Prezident hamısını TƏLTİF etdi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi

"Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB

"Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB

Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Rusiyada "yuxu turizmi" trendə çevrilib

Rusiyada "yuxu turizmi" trendə çevrilib

Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

Ana südünün immun sisteminə təsirində yeni KƏŞF – Mühüm komponent müəyyən edilib

Ana südünün immun sisteminə təsirində yeni KƏŞF – Mühüm komponent müəyyən edilib

End of content

No more pages to load

RADİO