İspaniya Mehriban Əliyevanın keçirdiyi aksiyanı mükafata layiq gördü - FOTO

“LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin Madrid şəhərində yerləşən mənzil-qərargahında ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə Azərbaycanda elan olunmuş “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirərək, buna görə ölkəmizi mükafata layiq görüb.

Təşkilatçılar Azərbaycan tərəfindən planetimizin yaşıllaşdırılmasına və karbon-dioksid qazının həcminin azaldılmasına verilən töhfəni təqdir ediblər.

Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir A.Məhərrəmov mükafata görə “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin prezidenti Xayme de Xaraisə təşəkkür edib.

O, respublikamızda ətraf mühitin, fauna və flora ehtiyatlarının qorunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Tədbirin təşkilatçılarına və iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu sahədə həyata keçirilən layihə və aksiyalar barədə ətraflı məlumat verilib.

Bu nəcib aksiyaların qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, ölkəmizdə, eyni zamanda, dünyada yaşıllığın artmasına verdiyi əhəmiyyətli töhfədən bəhs edilib.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hələ 2007-ci ildən etibarən ölkəmizdə ətraf mühitin mühafizəsi məqsədilə “Hərəmiz bir ağac əkək!” aksiyasının həyata keçirilməyə başlandığı qeyd olunaraq, sözügedən layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağacın əkildiyi diqqətə çatdırılıb.

Respublikamızda ətraf mühitin qorunması ilə bağlı geniş məlumatlandırma kampaniyası aparan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlamış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin ölkəmizin yaşıllaşdırılmasında əhəmiyyətli rolundan bəhs olunaraq, IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə “Yaşıl həftə” təşəbbüsünün uğurla həyata keçirildiyi, IDEA tərəfindən müxtəlif ölkələrdən olan gənc ekoloqların şəbəkələşməsinin təmin edildiyi diqqətə çatdırılıb.

Tədbir zamanı Çili və Çex Respublikası da ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə müvafiq mükafata layiq görülüblər. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

End of content

No more pages to load

RADİO