“Vaqifin tüstüsü və ortasından qırılan siqareti…” – Babək Göyüş

Bu gün xalq şairi Vaqif Səmədoğlunun ölüm günüdü. O, 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunub.

Bizim.Media yazar Babək Göyüşün həmin gün yazdığı duyğulu düşüncələrini sizə təqdim edir:

Vaqif Səmədoğlu öldü.

Onun çəkdiyi siqaret də, siqaretindən çıxan tüstülər də, tüstülərin qarışdığı buludlar da ortasından qırıldı. Vaqif siqareti kölgəsində sığınmaq üçün çəkirmiş, bir də bu gününün dərdini çəkmək üçün.

Hər kəsin dərdi bir kölgə ona yaxındır. Vaqifi ən çox düşündürən onun kölgəsi olmayıb, ölkəsi olub. “Hansı rənglə çəkəcəklər, xəritələrdə ölkəmi?”. 

O, öləndən sonra şeirləri üçün darıxdığını yazıb və hətta bir azca da qorxuya düşüb. “Şeirlərimi sevəcəklərmi divarlar arxasında?”.

Vaqif son gününün yaxasında nəyin parlayıb sönəcəyini də öncədən bilmək istəyib. Hətta, o gün bazarda ətin qiymətinin düşüb-düşməyəcəyi də onu maraqlandırıb. Qaranlıqda düşüncələrinin öpüşəcəyi və kimisə öldürəcəyi də ona maraqlı gəlib.

Görəsən, bütün bunlar şairlərə nəyə lazımdır? Şairlərin ölüm günündə qatarlarda axşamüstü çay paylayırlar, Andersenin nağıllarını oxuyurlar.

İnsan bir ömrü boyu neçə dəfə ölüb, neçə dəfə onun üçün məzar qazılıb, neçə dəfə məsciddə yuyulub.

Vaqif isə yalnız bir dəfə yuyulacaq. Təzəpir məscidində. O zaman bulvardakı söyüdləri kimin sulayacağı haqda onun xəbəri olmayacaq.

Şairlərin hər şeydən xəbərləri olur. Onlar bu dünyada ah çəkmək üçün bir yer axtarırlar həmişə.

Həmin yer Vaqif üçün Təzəpir olacaq. Və o Təzəpirin pəncərəsindən “Sovetski”də ona tərəf boylanan tut ağacı. Yol ayrıcından gəlib-keçənlər isə bu mənzərəni görə bilməyəcək.

İnsanlar şairləri də rahat ölməyə qoymurlar. Vaqif bu gün öldü. Bu gün Vaqifin yazdığı kimi güclü külək əsmədi:

“Mən ölən gün bir külək əsəcək küçələrdə.
Və yellədəcək ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı mən ölən gün…”.

Vaqifi küləklər də, ipdən asılan uşaq paltarı da aldatdı… Aldadılan insanlar yaxşı insanlardı… Aldadanlar isə aldadanlardı.

Vaqif yaxşı insanları məzara bənzədir. Onun məzarı Fəxri Xiyabanda olacaq. O məzarın yerini Vaqif bilmir. Məzarı qazanlar bilir.

Yaxşı insanlar ildə bir-iki kərə baş çəkilən məzar kimi az-az görünür.

Vaqifin də məzarı öncə tez-tez yad ediləcək, gül çiçəkləri qoyulacaq. Sonra isə gül çiçəkləri də, o məzara doğru gələn addımların da sayı azalacaq.

Gələn yalnız Nüşabə olacaq. Onun ömür-gün yoldaşı olan Nüşabə.

Vaqifin ölümü ən çox onu üzür, bir də xərçəngdən ölən atasını və xərçəngdən ölən qardaşını. Xərçənglər bu şair ailəsinin sanki boğazında bardaş qurub.

Vaqif də xərçənglərin acığına ölüb getdi, çox sevinməklərinə yol vermədi.
İndi Vaqifə heç kəs yol verməyəcək…
Yol vermək üçün gərək o yola çıxasan.
Vaqifin isə yola çıxmaq ümidi siqareti kimi ortasından qırıldı.
…Qırılan bu yazı kimi…

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

End of content

No more pages to load

RADİO