“Xruşşovka”ların sökülməsi nə vaxta qaldı? – Ekspertlərdən RƏY

Bakı şəhərində sovet dövründən qalan beşmərtəbəli panel binalar bu günün tikinti norma və qaydalarına uyğun gəlmir.

Belə binaların sökülməsi üçün hökumət tərəfindən  proqram hazırlanıb, bəzi mikrorayonlarda köhnə binalar yenisi ilə əvəz olunub. Lakin “əvəzlənmədən” “Xruşşovka” adlanan binalar nədənsə yan keçib. 

Hətta belə binaların təhlükəli olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təchizatdankənar Dövlət Ekspertiza İdarəsinin müdiri, “Azkommunal” layihə institutunun direktoru, əməkdar mühəndis Lətif Zeynalov da mediaya 2013-cü ildə açıqlama verərək demişdi ki, bu binalarda 2 otaq 30 m2-dır, gündəlik tələbatı ödəmir, otaqları balacadır, soyuq-istini saxlamır, istilik sistemləri yoxdur, binanın betonu da öz dayanıqlığını itirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa böyük qayıdışdan sonra evlər və obyektlər bahalaşacaq - EKSPERT


Aidiyyatı dövlət qurumlarının nümayəndələrinin mediaya belə açıqlamaları çox olub. 

Bəs onda bu binaların yenisi ilə əvəz olunması prosesi niyə dayandı? Buna nə mane oldu?

Ekspert Natiq Cəfərli suallarımıza cavab olaraq dedi ki, devalvasiyadan sonra binların sökülməsi arxa planda qaldı:

“Bu binalar o vaxtlar zəhmətkeşlər üçün müvvəqəti tikilmişdi. İstismarı isə 50-70 il müddətində nəzərdə tutulub. Sovet İttifaqı dağılandan sonra Moskvada bu “xruşovka” binaları ilə bağlı bir proqram qəbul olundu ki, onların yerində hündürmərtəbəli binalar tikilsin.

Postsovet ölkələrinin bəziləri bu binaların yenilənməsinə başladı. Bizdə də neftin qiymətinin yüksək olduğu dövrdə belə plan var idi. Bir neçə mikrorayon ərazisindən başlayaraq beşmərtəbəli yaşayış binalarını sökməyə başladılar.

Məsələn, Yasamalda “İnşaatçılar” metrosu ərazisində bu layihə həyata keçirildi. Manatın ucuzlaşmasından sonra ölkəyə gələn valyutaların azalması bu layihənin davam etməsini arxa plana atdı. Mən düşünmürəm ki, yaxın gələcəkdə dövlətin xətti ilə bu tip layihələrin icrasına yenidən başlanılsın.

Çünki həm ölkəyə gələn vəsait azalıb, həm də  xərclərimiz artıb. İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı bizə milyardlarla vəsait lazım olacaq. Əgər hökümət özəl sektora yaxşı təkliflərlə çıxış edərsə, o zaman “xruşşovka” binaların yenisi ilə əvəz olunması mümkün ola bilər”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyyətinin sədri Ramil Osmanlı isə düşünür ki, “xruşşovka” adlı binaların sökülməsi tikinti şirkətlərinə sərf etmir, çünki tikinti ilə bağlı normativ hüquqi aktlarda aparılan dəyişiklər səbəbindən şirkətlər beşmərtəbəli binaları söküb yenisini tikmək istəmirlər:

“Əvvəlki qaydalara görə hansısa tikinti şirkəti 2-5 mərtəbəli binanı pilot layihə kimi söküb yerində bir və ya iki bloklu 17-18 mərtəbəli bina tikə bilər, lakin indi yeni qaydalar buna imkan vermir. Tikinti normalarında radikal dəyişiklər baş verdi. Bu da onları maksimum ehtiyatlı olmağa sövq edir”.

Sədr əlavə edir ki, dövlət bu proqramı tikinti şirkətlərinə müəyyən stimullaşdırıcı addımlar atmaqla davam etdirə bilər:

“Tikinti şirkəti 2 ədəd 5 mərtəbəli binanın əvəzində iki bloklu 17-18 mərtəbəli bina inşa edirdi. Həmin o 5 mərtəbəli binalardan köçürülən insanların  təqribən 25-30 faizi ilə sahibkar xərclərini qarşılayırdı. Yerdə qalan digər rüsumlar ödənməklə sahibkar 25-30 faiz özünə mənfəət götürə bilirdi.

Qaydalar sərtləşdiyinə görə sahibkarın mənfəət norması həddən artıq aşağı düşüb. Bəzi hallarda risklər meydana çıxdı. Buna görə də tikinti şirkətləri bu prosesə o qədər də maraq göstərmədilər. Düşündülər ki, qazancları az olacaq və ya olmaya bilər. Tikintinin müddəti artdıqca xərclər artır. Köçürülən insanların kirayə pulunu da tikinti şirkəti ödəyir. Bu da təbii ki, şirkətə sərf etmir”.

“Əgər bu layihənin icrası davam edərsə, köçürülmə ardıcıllığı necə olmalıdır?” sualına isə ekspertin cavabı belə oldu:

“Bilirik k, paytaxtın mərkəzində 1 və ya 2 mərtəbəli tikinti dövrü ötən əsrin əvvəllərinə aid olan fərdi yaşayış massivləri mövcuddur. Bura bildiyimiz “Yasamal”, “Kubinka”, “Kömürçü bazarı” və “Montin” kimi əraziləri misal çəkmək olar. Həmin evləri saxlamaqla 5-9 mərtəbəli yaşayış binalarının sökülməsi düzgün deyil. Təbii ki, çox qəzalı binaları nəzərdə tutmuram. Mən hesab edirəm ki, şəhərsalma tədbirləri yuxarıda adlarını çəkdiyim ərazilərdən başlanılmalıdır”.

Bundan başqa müsahibimiz şəhər mərkəzlərində olan “gecə qondu” tikililərdən də danışdı: 

“Söküntünü aparan şirkət vətəndaşa elə məbləğdə pul verməlidir ki, o, yenidən “Sovetski”də 2 otaqlı mənzil ala bilsin. Söküntülər aparılan ərazilər üzrə ödənilən vəsait ədalətli bazar qiyməti ilə olmalıdır. Vətəndaşların harada yerləşdirilmə prinsipi nəzərə alınmalıdır.

“Sovetski”də yaşayan şəxsi Hövsana yox, ən azı “Koroğlu” metrosunun ətrafında yerləşdirmək lazımdır. Hökümət mənzili vətəndaşdan alarkən tətbiq etdiyi qiymət siyasəti həmin ərazi üzrə mənzillərin bir kv-nin dəyərinə uyğun olmalıdır.

Mən hələ cənab Prezidentin fərmanı ilə ödənilməli olan kompensasiya məbləğinə, torpaqların dövlət ehtiyacları üçün alınan qanunvericiliyin müəyyən müddəlarına toxunmuram. Ölkədə bu prosesi tənzimləyəcək mövcud qanunvericilik, tapşırıq  və göstərişlər var, lakin bizim məmurlar yenə öz bildiklərini edirlər”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

“Beşiktaş” səfərdə qalib gəldi

“Beşiktaş” səfərdə qalib gəldi

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

End of content

No more pages to load

RADİO