Badamdar qəsəbəsində yerləşən Zərifə Əliyeva parkında olan ağacların ətrafı hasarlanıb. Qəsəbə sakinləri bu haqda Moderator.az-a açıqlama verdikdən sonra, ərazidə olan əməkdaşımız sakinlərlə söhbət edib. Sakinlərin bildirdiyinə görə, yüzə yaxın ağacın olduğu park onların əsas istirahət yerlərindən biri hesab olunurdu. Hazırda park hasara alınıb və sakinlər əraziyə daxil ola bilmirlər.
Əməkdaşımız ərazidə işləyən şəxslərlə söhbət edərək məsələyə aydınlıq gətirməyə çalışıb. İşçilər “Azərsu”x9d-nun sifarişi ilə bu ərazidə işlədiklərini bildirdilər və qeyd etdilər ki, onlara ağac kəsilməsi haqda heç bir tapşırıq verilməyib. Sakinlər isə narahatlıqlarını əsaslandıraraq qeyd etdilər ki, şəhərdə dəfələrlə bu tip hadisələr qeydə alınıb, ətrafı hasarlanan ağaclar kəsilib.
Moderator.az saytı məsələni diqqət mərkəzində saxlayacaq.