Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə prezident İlham Əliyev tərəfindən səhiyyə naziri Oqtay Şirəliyevin "Şöhrət" ordeni ilə təltif olunmasına Moderator.azxa0- a açıqlamasında münasibət bildirib:
“Kimlərəsə orden, adlar və medallar vermək prezidentin şəxsi səlahiyyətinə aid bir işdir. Ona görə mən bu haqda danışmaq istəmirəm. Demək istədiyim odur ki, səhiyyəmizin inkişaf etməsinə ehtiyac var. Azərbaycan səhiyyəsində tibbi sığorta olmalı, ciddi islahatlar həyata keçirilməlidir”x9d
Xəyal Əzizov