Aydın Əliyev iş adamları ilə görüşüb

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə növbəti görüş keçirilib.

Komitədən azvision.az-a verilən məlumata görə, DGK-nın sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

A. Əliyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı nəticəsində ölkəmizin regionda və bütün dünyada əhəmiyyətinin önəmli dərəcədə artmasından bəhs edərək bunda da özəl sektorun böyük rol oynadığını vurğulayıb.

Ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A. Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib.

Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.xa0

Sonra görüşdə çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib. S. Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər və müəyyən təkliflərlə çıxış ediblər.

Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Nəbi Mahmudov vəfat etdi – FOTO

Nəbi Mahmudov vəfat etdi – FOTO

Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

End of content

No more pages to load

RADİO