DİN əməliyyat keçirdi, 11 nəfər tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub.

Onun evində axtarış aparılan zaman 9 kq-a yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd "Mauzer" markalı tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülüb. Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub.

Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş "TOZ" markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı 1 ədəd "Marqolin" konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb.Onun üzərindən bir ədəd "Makarov" markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib.

Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kq narkotik vasitə aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Naqan" tipli tapança aşkar edilib. İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər - Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar.

Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

End of content

No more pages to load

RADİO