Xəbər verdiyimiz kmi, tarixçi-alim Dilavər Əzimli Fövqəladə Hallar Nazirliyinin Modul tipli xəstəxanasının reanimasiya şöbəsindədir.
Bunu Bizim.Media-ya tarixçi alimin həyat yoldaşı Arzu Qazıyeva söyləyib.
O, əlavə edib ki, Dilavər Əzimli hazırda ECMO aparatına qoşulu vəziyyətdədir. Durumu ağır-stabil olaraq qalır:
- Həkimlərin nəzarətindədir. Həkimi ilə hər gün əlaqə saxlayıram. Yeni məlumatlar aldıqca ictimaiyyətlə də bölüşəcəm.
Xatırladaq ki, tarixçi-alim Dilavər Əzimli yanvar ayının ilk günlərindən koronavirus infeksiyasına yoluxub. Dekabr ayının 30-da xəstəxanaya yerləşdirilib.
Gülşanə Mustafayeva, Bizim.Media