Marşrut sahiblərinin monopoliyası, antisanitariya - BNA hara baxır?

Sərnişinlər şikayət edir – “Bakı Nəqliyyat Agentliyi şəhərətrafı marşurutlardan ancaq pul yığır, amma qəsəbələrin də sərnişindaşıma probleminin həlli vaxtı çoxdan çatıb. Bunu da prezidentə deyək?”.

"- Gedin, işinizlə məşğul olun,  minirsən, min, minmirsən, yaxşı yol!.."
 

MÖVZU İLƏ BAĞLI:

92 və 202 nömrəli avtobuslar koronavirus ocağıdır  – ARAŞDIRMA

 

Bakıətrafı qəsəbələrə işləyən əksər avtobus sürücülərindən sıxlıq və natəmizliyə etiraz etdikdə ancaq bu sözü eşidə bilərsən. 

Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda özümüzün-özümüzə bu qədər amansız olmağımıza görəsən, səbəb nədir? Bakı Nəqliyyat Agentliyi ancaq şəhərin daxilində hərəkət edən avtobuslara cavabdehdirmi? Məgər virus həmin avtobuslardan düşüb şəhərdəki avtobuslara və ya başqa obyektlərə daşınmırmı? 

Axı mövcud qaydalar var.  Hər bir avtobus xəttə çıxmamışdan öncə texniki baxışdan keçirilməli, təmizlənməli, dezinfeksiya olunmalı, salonda səliqə-sahman yaranmalıdır və bundan sonra həmin avtobus xəttə buraxılmalıdır. Bununla yanaşı, sürücülər hər gün həkim müayinəsindən keçməli və marşrut boyu  sərnişinlərə qarşı nəzakətli olmalıdırlar.

Sərnişin Almaz Mənsimova deyir ki, qeyd edilən hallar 50, 113 və 172 saylı avtobuslarda da yaşanır, sanitar qaydalara, təmizliyə əməl olunmur:

“Sanki heç vaxt avtobusların salonu və oturacaqları yuyulub təmizlənmir. Əlini oturacaqlara vuranda tozun-torpağın hopduğunu görürsən, tutacaqların da çirkli olması aydın görsənir. Heç vaxt da görməmişəm ki, agentliyin bir əməkdaşı yaxınlaşıb avtobuslardakı vəziyyəti yoxlasın, irad eləsin”.

Biləcəri istiqamətində işləyən 91, 92, Masazırın yeganə marşurutu olan 175 saylı avtobuslarda da eyni problemdir. Sərnişinlərin dediyinə görə, hələ burada sahibkar monopoliyası da var.

Biləcəri sakini Anar Rəhimov deyir ki, gün ərzində sıxlıq və keyfiyyətsiz xidmət olmasına baxmayaraq, bu istiqamətə ehtiyacı qarşılamaq üçün yeni marşurut açmağa da imkan vermirlər:

“Marşurutun sahibləri BNA ilə dil tapıb, şəhərin digər yerlərindən gələn bəzi marşurutları qəsəbəyə daxil olmağa qoymurlar, onları elə Biləcəri dairəsindən geri qayıtmağa məcbur edirlər. Ona görə də 91,92,202 saylı marşurutlarda həmişə basabasdır”.

Digər sərnişin Fərqanə Allahverdiyeva bildirir ki, 166 saylı avtobusun da  problemləri tükənmir:

“Şəhərdə avtobuslar yenilənir. Kənd və qəsəbələrdə isə istismar müddəti bitən, hər tərəfindən çirk, zibil yağan avtobusları xətdən çıxarıb üstünü rəngləyirlər və bu marşrutlara ötürürlər. Bu qədər yeniliklərin Bakıətrafı qəsəbələrə zərrə qədər aidiyyatı olmur. Dezinfeksiya, texniki baxış, sürücülərin sağlıq durumu, sürücülük vəsiqəsi 166 saylı marşrutda yada düşmür. Kart sistemindən də danışmağa dəyməz. Bəyəm, sahibkarın qarşısında şərt qoymaq olmaz, buna nəzarət etmək elə çətindir ki? Bakı Nəqliyyat Agentliyi şəhərətrafı marşurutlardan ancaq pul yığır, amma qəsəbələrin də sərnişindaşıma probleminin həlli vaxtı çoxdan çatıb. Bunu da prezidentə deyək?”.

Sonuncu dəfə işimizi icra edərkən Binəqədi rayonu “DSK yolu” adlanan istiqamətdən metronun “Əcəmi” stansiyasınadək hərəkət edən 170 saylı avtobusun sürücüsü də bizə eyni cavabı verdi:

- Sizin işiniz-gücünüz yoxdur? Xoşun gəlmir minmə, get taksi ilə...

Biz də işimizin-gücümüzün arxasınca düşüb, məsələni Bakı Nəqliyyat Agentliyi ilə birlikdə çözməyə çalışdıq. 

Agentliyin mətbuat katibi Mais Ağayev söyləyir ki, hər il daşıyıcılar qarşısında tələb qoyulur. Ya avtobuslar yenilənsin, ya da ki, əsaslı təmir olunsun. Bakı Nəqliyyat Agentliyi heç bir daşıyıcının məsuliyyətsizliyinə göz yummur.

Bizə mediadan şikayət gələndə özümüz aşkarlayanda dərhal ölçü götürülür.

“Daşıyıcıların sərnişinə yüksək xidmət göstərməsi üçün onlara şəfaf idarə etmə sistemi yaradılıb. Ancaq onlar avtobusların gətirilməsində elə də fəallıq nümayiş etdirmirlər.

Bunu nəzərə olaraq 2021-ci ildən Dövlət başçısının tapşırılığı ilə Bakıətrafı qəsəbələrdə ictimai nəqliyyatın fəaliyyəti yaxşılaşdırılacaq.

Tapşırığa əsasən müasir və 9 metrlik avtobuslar alınmışdır. Bu il ərzində 205 ədəd 9 metrlik avtobuslar gətiriləcək. Hansı ki, bu avtobuslar dar və ensiz yollarda hərəkət edə biləcəklər”.

Ekspert Elmədin Muradlı qəsəbəətrafı avtobusların vəziyyətinin  müxtəlif mənalarda acınacaqlı olduğunu təsdiqləyir:

“Bakı Nəqliyyat Agentliyi hər marşruta nəzarət edə bilmir, çünki əməkdaşları məhdud saydadır. İstəsələr də buna imkanları yoxdur. Avtobusları təmiz saxlamaq daşıyıcı şirkətlərin öhdəsinə düşür. Vətəndaşların özləri də bu işdə aktiv olmaldırlar. Foto və videogörüntülər çəkməli, qaynar xətlərə göndərməlidirlər. Təəssüf ki, Bakı Nəqliyyat Agentliyi də bu problemlərin öhdəsindən gələ bilmir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş prokuror Kamran Əliyev Mərakeşdə - FOTO

Baş prokuror Kamran Əliyev Mərakeşdə - FOTO

Bakı metrosunda insident: qurum İTKİLƏRİNİ açıqladı

Bakı metrosunda insident: qurum İTKİLƏRİNİ açıqladı

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Xalq artistinin qızının nikah FOTOLARI

Xalq artistinin qızının nikah FOTOLARI

Ermənistanla delimitasiya komissiyasının NÖVBƏTİ İCLASI Azərbaycanda keçiriləcək

Ermənistanla delimitasiya komissiyasının NÖVBƏTİ İCLASI Azərbaycanda keçiriləcək

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələri razılaşdırıb - FOTO

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələri razılaşdırıb - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Xəzərdə balıq ovuna qadağa qoyulur – BU TARİXDƏN

Xəzərdə balıq ovuna qadağa qoyulur – BU TARİXDƏN

Gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Norveçdə yerin altından qədim gəmi tapıldı

Norveçdə yerin altından qədim gəmi tapıldı

AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

Bu gülü dərənləri 27 min manat cərimə GÖZLƏYİR

Bu gülü dərənləri 27 min manat cərimə GÖZLƏYİR

Ceff Bezos və Loren Sançesin Met Gala-da iştirakı moda dünyasında narazılıq yaratdı

Ceff Bezos və Loren Sançesin Met Gala-da iştirakı moda dünyasında narazılıq yaratdı

Xəzərdə balıq ovu tam dayandırılır - TARİX

Xəzərdə balıq ovu tam dayandırılır - TARİX

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

Rusiya iki Novodmitrovkanı nəzarətə götürdü – FOTO

Rusiya iki Novodmitrovkanı nəzarətə götürdü – FOTO

“Konyaspor”a dəstək jesti general-mayora baha başa gəldi – VİDEO

“Konyaspor”a dəstək jesti general-mayora baha başa gəldi – VİDEO

Bu ilin 3 ayında icbari tibbi sığortadan yararlananların SAYI açıqlandı – RƏSMİ

Bu ilin 3 ayında icbari tibbi sığortadan yararlananların SAYI açıqlandı – RƏSMİ

Dnepr şəhərində “Şahed” daşınan zenit-raket kompleksi ilə belə vuruldu - VİDEO

Dnepr şəhərində “Şahed” daşınan zenit-raket kompleksi ilə belə vuruldu - VİDEO

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi – FƏRMAN

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi – FƏRMAN

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

End of content

No more pages to load

RADİO