Tanınmış hüquqşünas bank kreditləriylə bağlı- Milləti doladılar!

Moderator.az Konstitusiya Məhkəməsinin məlum qərarından sonra pərt duruma düşən yüz minlərlə bank kreditorlarına tanınmış hüquqşünas Qurban Məmmədovun status-təsəllisini təqdim edir:

"Əziz həmvətənlər!
Hörmətli, dollarla kredit götürən bacı-qardaşlarım!
Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qərarı, sadəcə olaraq, sizlərin rejimə qarşı yönəlmiş qəzəbini səngitmək, Milli Şuranın mitinqlərinə qatılmağınıza mane olmaq üçün idi. Niyyətlərinə çatdılar. Milləti ələ saldılar, doladılar, həmişə olduğu kimi.
İndi mən bu probleminin qanuni həll yolunu diqqətinizə çatdırıram!
Mülki Məcəllənin 422-ci maddəsinə (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) əsasən, " 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 
422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir."

Hörmətli xanımlar və bəylər! 
Sizdən soruşuram: əgər Siz dolların birdən-birə, bir gecədə, açıq bazar iqtisadiyyatının qanunlarına uyğun olmadan, inzibati qaydada bahalaşacağını bilsəydiniz, krediti dollarla götürərdinizmi? Bunu bilsəydiniz, belə bir vəziyyəti proqnozlaşdırmaq mümkün olsaydı, Siz MM-nin 439.7-ci maddəsində (....əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,,,,,,,) nəzərdə tutulan müddəaya uyğun olaraq, özünüzü belə bir təhlükədən sığortalamaq üçün lazım olan şərtin (şərtlərin) müqaviləyə salınmasını tələb etməzdinizmi?
Nəzərə alanda ki, "Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir...(MM-390.5), "Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər...(MM-390.6), deməli, siz dolların belə bir sıçrayışla bahalaşacağını bilsəydiniz, kredit müqaviləsində lazım olan şərtlərin qeyd edilməsini mütləq tələb edərdiniz.
Beləliklə də, bu problemi yaşayan hər bir vətəndaşımız savadlı, satılmayan, hakimiyyətə nökərçilik etməyən bir vəkillə müqavilə bağlamalı, dərhal məhkəməyə müraciət edərək işi Kons.Məhk.-ə çıxartmalıdır ki, KM məhz bu suala cavab versin: "bir gecədə, inzibati qaydada, açıq bazar iqtisadiyyatının qanunlarına uyğun olmayan formada xarici və ya milli valyutanın qiymətinin qalxması və ya enməsi MM-nin 422.1-ci maddəsində nəzərdə tutulan hal kimi, yəni "şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi" kimi qiymətləndirilə bilərmi?" 
Bu suala cavab verilməsi vətəndaşalrın (fiziki şəxslərin) olduğu kimi, bankların (hüquqi şəxslərin) da maraqlarına uyğundur və vacibdir. Çünki özəl banklar da öz növbəsində çəkdikləri ziyanı qarşılamaq üçün "reqres iddia" qaldırmaq hüququna malikdirlər.
KM-nin son qərarını qanunsuz hesab edən, KM-ni "ittiham" edən vətəndaşlarımız bilməlidirlər ki, 14 may tarixli qərar tam qanuni və əsaslıdır. KM-nin "günahı" isə həmin qərarın 6-cı maddəsində banklara töfsiyə verməsində və yuxarıda qeyd etdiyim və hamıya lazım olan suala cavab verməməyindədir.
Hamınıza açıq bazar qanunları ilə fəaliyyət göstərən Azərbaycan məhkəmələrində uğurlar arzulayır və ALLAHdan bollu-bollu səbr diləyirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Tramp: “İranlılar çox qəddar insanlardır"

Tramp: “İranlılar çox qəddar insanlardır"

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Əraqçi Netanyahuya “ilan” dedi

Əraqçi Netanyahuya “ilan” dedi

İrem Dericinin nişanlısı tutuldu

İrem Dericinin nişanlısı tutuldu

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA - FOTO

Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA - FOTO

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Sumqayıtda ata oğlunu bıçaqladı – Saxlanılan var

Sumqayıtda ata oğlunu bıçaqladı – Saxlanılan var

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Magistraturaya boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Magistraturaya boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Azərbaycanda 5 şirkət ləğv olunur

Azərbaycanda 5 şirkət ləğv olunur

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

End of content

No more pages to load

RADİO