Dilqəm və Şahbazın əsirlikdən necə azad olunmasının detalları açıqlandı

“2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb. Hadisə baş verdiyi andan etibarən məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqət mərkəzində olub”.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O, xatırladıb ki, Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri, həmçinin 2020-ci ilin fevral ayının 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində BQXK-nın prezidenti Peter Maurer ilə görüşləri zamanı Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, gündəmdə olan “hamının-hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilənlərin arasında yer almalıdır:

“Ermənistan hadisənin ilk günlərindən etibarən məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşmış, separatçı Dağlıq Qarabağ rejiminin vasitəsi ilə məhkəmə şousu təşkil edilib, “Dövlət sərhədini pozma”, “casusluq” və s. kimi qondarma ittihamlarla 29 dekabr 2014-cü il tarixdə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə “cəzası” kəsilib.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin humanitar atəşkəsə riayət olunması ilə bağlı 10 oktyabr 2020-ci il tarixli Moskva bəyannaməsindən, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidentinin və Ermənistan Respublikasının baş naziri 10 noyabr 2020-ci il tarixli Bəyanatından sonra BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı ilə keçirdiyi görüşlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Əli Nağıyev Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini təxirəsalmadan müzakirə edib.

Komissiya sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müqabilində konkret təklif irəli sürüb və bu təklifin qarşı tərəfə çatdırılmasını BQXK-dan xahiş edib. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, 6 il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız – Dilqəm Əsgərov və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb”. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

Özəl məhkəmə ekspertlərinin nə vaxt fəaliyyətə başlayacağı AÇIQLANDI

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Xalq artistinin qızının nikah FOTOLARI

Xalq artistinin qızının nikah FOTOLARI

Ermənistanla delimitasiya komissiyasının NÖVBƏTİ İCLASI Azərbaycanda keçiriləcək

Ermənistanla delimitasiya komissiyasının NÖVBƏTİ İCLASI Azərbaycanda keçiriləcək

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələri razılaşdırıb - FOTO

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələri razılaşdırıb - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Xəzərdə balıq ovuna qadağa qoyulur – BU TARİXDƏN

Xəzərdə balıq ovuna qadağa qoyulur – BU TARİXDƏN

Gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Norveçdə yerin altından qədim gəmi tapıldı

Norveçdə yerin altından qədim gəmi tapıldı

AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

Bu gülü dərənləri 27 min manat cərimə GÖZLƏYİR

Bu gülü dərənləri 27 min manat cərimə GÖZLƏYİR

Ceff Bezos və Loren Sançesin Met Gala-da iştirakı moda dünyasında narazılıq yaratdı

Ceff Bezos və Loren Sançesin Met Gala-da iştirakı moda dünyasında narazılıq yaratdı

Xəzərdə balıq ovu tam dayandırılır - TARİX

Xəzərdə balıq ovu tam dayandırılır - TARİX

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

Rusiya iki Novodmitrovkanı nəzarətə götürdü – FOTO

Rusiya iki Novodmitrovkanı nəzarətə götürdü – FOTO

“Konyaspor”a dəstək jesti general-mayora baha başa gəldi – VİDEO

“Konyaspor”a dəstək jesti general-mayora baha başa gəldi – VİDEO

Bu ilin 3 ayında icbari tibbi sığortadan yararlananların SAYI açıqlandı – RƏSMİ

Bu ilin 3 ayında icbari tibbi sığortadan yararlananların SAYI açıqlandı – RƏSMİ

Dnepr şəhərində “Şahed” daşınan zenit-raket kompleksi ilə belə vuruldu - VİDEO

Dnepr şəhərində “Şahed” daşınan zenit-raket kompleksi ilə belə vuruldu - VİDEO

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi – FƏRMAN

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi – FƏRMAN

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Avtomobillərdən oğurluq edən 2 nəfər saxlanıldı - VİDEO

Avtomobillərdən oğurluq edən 2 nəfər saxlanıldı - VİDEO

Prezidentdən BTİ Regional Akselerasiya Mərkəzi ilə bağlı FƏRMAN

Prezidentdən BTİ Regional Akselerasiya Mərkəzi ilə bağlı FƏRMAN

İran XİN: “ABŞ-la müharibə hələ başa çatmayıb”

İran XİN: “ABŞ-la müharibə hələ başa çatmayıb”

End of content

No more pages to load

RADİO