700 bal toplayanların oxuduqları universitetlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayanlar daim qəzetimizin diqqət mərkəzindədir. 

Moderator.az -ın məlumatına görə, ilk dəfə 2007-ci ildən başlayaraq bu uğuru əldə edən abituriyentlərin tələbəlik həyatı, ali məktəbi başa vurduqdan sonra cəmiyyətdə tutduqları mövqe və sair məsələlərlə bağlı yazılar qəzetimizdə tez-tez dərc olunur. 

Nəzərə çatdıraq ki, artıq ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin ən məsul dövrü - qış imtahan sessiyası başa çatıb. Qış imtahan sessiyasının həyəcan dolu anlarını yaşayan tələbələr bilik və bacarıqlarını nümayiş etdiriblər. Bəs, görəsən 700 bal toplayan tələbələr ilk imtahan sessiyasını necə başa vurublar? Bu suala aydınlıq gətirmək məqsədilə onlarla əlaqə saxladıq.

Yüksək nəticə əldə edənlərdən biri də Qoşqar Qədimbəylidir. O bildirib ki, "ADA" Universitetinin dövlət və beynəlxalq münasibətlər fakültəsinin I kurs tələbəsidir:
"Qış imtahan sessiyasını yüksək nəticələrlə başa vurdum. İngilis dilindən üç istiqamət üzrə imtahanlar verdim. Qrammatika, şifahi və yazılı şəkildə olan imtahanlarda 85-90 faizlik nəticə göstərdim. İstəyirəm ki, qəbul imtahanlarında topladığım yüksək bala görə layiq görüldüyüm Prezident təqaüdçüsü adını doğruldum. Bunun üçün universitetimizdə hər cür şərait var. Burada yüksək bilikli müəllimlər dərs deyir. Yaradılan imkanlardan maksimum istifadə etməyi düşünürəm".

"ADA" Universitetinin biznes fakültəsinin I kurs tələbəsi Samir Rzayev isə universiteti haqqında fikirlərini bölüşüb: "Ali təhsilin ilk pilləsi demək olar ki, ingilis dilinə həsr olunur. Bu baxımdan imtahanlarımız da ingilis dilindən oldu. Üç istiqamət üzrə- ingilis dilinin qrammatikası, danışıq dili və yazı üzrə imtahanlar verdim. Ümumi nəticədə maksimum 4 baldan 3.44 balla imtahanları başa vurdum. Növbəti imtahanlarda daha yüksək nəticələr əldə etməyi qarşıma məqsəd qoymuşam".

İlkin Məmmədzadə isə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin I kurs tələbəsidir. O, qış semestri müddətində 6 imtahan verdiyini söyləyib: "Hər bir imtahanda qiymətləndirmədə ən yüksək nəticə olan "a" qiyməti aldım. Bu nəticəni əldə etdiyim üçün çox sevinirəm. İnanıram ki, orta məktəbdə aldığım yüksək qiymətləri ali məktəbdə də doğruldacağam. Prezident təqaüdçüsü adımı sonuncu kursa kimi özümün yüksək biliyim və bacarığımla qorumağı qarşıma məqsəd qoymuşam".

Nurlan Quluzadə "ADA" Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin I kurs tələbəsidir. Nurlan imtahanlarda uğurlu nəticələr əldə etdiyini bildirib. "Mümkün 4 baldan 3.78 nəticə göstərdim. Çalışıram ki, bizə yaradılan imkanlardan maksimum istifadə edim. Yüksək bilikli mütəxəssis olum. İmtahanlarımız elə də çətin deyil. Çünki dərslərimiz çox səmərəli keçir. Demək olar ki, mövzuları dərs müddətində öyrənə bilirik".

Nicat Qasımov isə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin I kurs tələbəsidir. Nicat qış imtahan sessiyasını uğurla başa vurduğunu qeyd edib: "7 imtahan verdim. Hər birindən "A" qiyməti aldım. Anatomiyadan verdiyim imtahan çox çətin keçdi. Lakin çətin olmasına baxmayaraq yüksək nəticə əldə etdim. Buna görə çox sevinirəm. Universiteti ən yüksək qiymətlərlə bitirməyi planlaşdırıram. Prezident təqaüdçüsü adını layiqincə qorumağı qarşıma məqsəd qoymuşam. Bunun üçün var gücümlə çalışıram".

Könül Qurbanlı "ADA" Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin I kurs tələbəsidir. O, ingilis dilindən 3 istiqamət üzrə imtahan verdiyini söyləyib: "Ümumi 87-88 faizlik nəticə göstərdim. Universitetimizdə çox yüksək ixtisaslı müəllimlər dərs deyir. Dərslərimizi demək olar ki, elə sinifdəcə öyrənirik. İmtahanlara çox ciddi şəkildə hazırlaşdım. Prezident təqaüdçüsü olmağım mənə ikiqat məsuliyyət verir. Bu baxımdan mənə göstərilən etimadı daim doğrultmağa çalışacağam".

Fatimeyizəhra Nəbizadə Qafqaz Universitetinin mühəndislik fakültəsinin I kurs tələbəsidir. Fatimeyizəhra ingilis dili üzrə 4 istiqamətdə imtahanlar verdiyini söyləyib: "Hər bir imtahanda yüksək nəticələr əldə etdim. Qış imtahan sessiyasında elə çətinlik çəkmədim. Müəllimlərimiz mövzuları bizə dərindən mənimsədir və biz demək olar ki, imtahan müddətinə qədər artıq proqramı öyrənirik. Ona görə də imtahanlarda bir o qədər də çətinliklərlə üzləşmirik. Düzdür, ilk imtahanda bir az həyəcan var idi. Lakin bunu da normal hesab edirəm".

Eltun İbrahimov Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin I kurs tələbəsidir. Eltun semestr müddətində 2 imtahan verdiyini bildirib: "İngilis dilindən "A", İKT ilə bağlı keçirilən imtahandan isə "b" qiyməti aldım. İmtahanlarda bir az həyəcanlı idim. Növbəti imtahanlarda bütün qiymətlərimin "A" olması üçün var gücümlə çalışacağam. Universitetimizdə yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait mövcuddur. Bundan yararlanmağı düşünürəm".

Məmməd Hacılı Qafqaz Universitetinin mühəndislik fakültəsinin I kurs tələbəsidir. Məmməd imtahanları yüksək səviyyədə başa vurduğunu söyləyib: "6 imtahan verdim və hər birindən "A" qiyməti aldım. Etimadı doğrultduğum üçün çox sevinirəm. İmtahanlara çox yüksək əhvali-ruhiyyə ilə hazırlaşırdım. Yüksək nəticələr əldə edəcəyimə inanırdım. Bu inamla imtahanlara qatıldım və şükürlər olsun ki, imtahanlardan üzüağ çıxdım".("Azərbaycan müəllimi" qəzeti )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO