Gəncə Nəqliyyat Departamentinin rəisi Xanoğlan Qasımovla bağlı Moderator.az-a ilginc məlumat daxil olub.
Bildirlir ki, yumurtadan yun qırxmağı belə, bacaran rəis Gəncənin mərkəzində yerləşən kolxoz bazarının başında özünə mini avtovağözal yaradıb istismar müddətini başa vurmuş maşınlarla şəhərə yaxın kəndlərə marşurut açıb. Təbii ki, yararsız olan bu maşınların hamısı vergidən yayınır, heç birinə də fərqlənmə nişanları verilmir, yol sxem kartları da yoxdur. Qanuna görə bütün sürücülər həkim müayinəsindən keçməklə müvafiq sənəd gətirməlidirlər. Ancaq miniavtoğavzalın xidmətində 20 maşın işləsə də heç birinin lisenziyası yoxdur. Çünki bu maşınların istismar müddəti çoxdan keçdiyindən heç kim risk edib bu cür yararsız maşına lisenziya verib başına iş açmaq istəməz. Amma əvəzində bütün maşınların gündəlik yol pulu qəpiyinəcən departamentin rəisinin dolmaq bilməyən cibinə gedir.
Bildirilir ki, tamamilə qanunsuz fəaliyyət göstərən və bazarın ətrafında tıxacların yaranmasına səbəb olan bu mini avtovağzaldan şəhərin icra başçısı Elmar Vəliyevin də xəbəri yoxdur. Yəni "Həsən Süleymanoğlu" firması adıyla qanunsuz sərnişindaşımaçılıq fəaliyyəti göstərən bu qurum özünə o qədər arxayındır ki, E. Vəliyev kimi zəhmli icra başçısının qəzəbinə gəlməkdən çəkinmir. Ancaq nə vaxtacan...?