Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Natiq Mahmudov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azərbaycan” teleqram səhifəsi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Şuşa fatehi Natiq Mahmudovun durumu olduqca ağırdır – AÇIQLAMA
Verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, 45 gün komada qalan Şuşa fatehi Natiq Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zaqataladan olan qazimiz bu gün müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Allah rəhmət eləsin!
Bizim.Media