Menyuda bir qiymət, hesabda başqa məbləğ: Müştəri hüquqlarını necə qoruya bilər?

Menyuda bir qiymət, hesabda başqa məbləğ: Müştəri hüquqlarını necə qoruya bilər?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yerləşən restoranlardan birində əcnəbi turistə təqdim edilən hesab ətrafında narazılıq yaranıb. Turistin iddiasına görə, sifariş zamanı menyuda göstərilən qiymətlər əsas götürülsə də, hesab təqdim edilərkən yeməklərin dəyəri ikiqat baha hesablanıb. Məbləğin düzəldilməsi üçün dəfələrlə müraciət edilsə də, hesab sifariş zamanı göstərilən qiymətlərə uyğunlaşdırılmayıb.

İaşə obyektlərində menyuda göstərilən qiymətlərlə müştərilərə təqdim edilən hesab arasında fərqin yaranması istehlakçı hüquqları və qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xarici turistlərlə bağlı bu cür iddialar ölkənin turizm imicinə təsiri baxımından da müzakirələrə səbəb olur.

Bəs istehlakçılar belə vəziyyətlə qarşılaşdıqda hansı addımları atmalıdırlar?

Bizim.Media 
mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Turizmçi Əziz Şiriyev turistlərin aldadılması ilə bağlı problemlərin uzun müddətdir mövcud olduğunu deyir.
 

"Xüsusilə Qəbələ və Quba istiqamətlərində, Bakı və paytaxtətrafı ərazilərdə fəaliyyət göstərən məşhur restoranlarda, eləcə də nəqliyyat xidməti göstərən və yerli məhsullar satan şəxslər arasında belə hallara rast gəlinir. Son vaxtlar bu cür hadisələr daha tez-tez baş verir. Bəlkə də bu səbəbdəndir ki, əvvəllər Azərbaycana üz tutan ərəb turistlər artıq Orta Asiya ölkələrinə gedirlər", - deyə o bildirib.


Turizmçi hesab edir ki, bu cür hallar ictimai qınağa səbəb olmalı, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

"Biz millət olaraq qonaqpərvərik. Milli-mənəvi dəyərlərimiz var. Bu dəyərlərə söykənərək hər zaman turistlərə hörmətlə yanaşmalıyıq. Bu proseslərə müvafiq qurumlar - Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır", - deyə Ə.Şiriyev vurğulayıb.

Onun fikrincə, ölkədə turizm polisinin yaradılmasına da ehtiyac var.

"Turist bilməlidir ki, ciddi problemlə qarşılaşarsa, müraciət edə və dəstək ala biləcəyi bir qurum mövcuddur. Turist özünü nə qədər güvənli və təhlükəsiz hiss edərsə, həmin ölkəyə yenidən qayıtmaq və ya oranı başqalarına tövsiyə etmək ehtimalı da bir o qədər artar", - deyə turizmçi qeyd edib.

Biznes subyektlərinin sui-istifadəsi

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi restoranlarda əcnəbi turistlərlə düzgün davranılmaması hallarına rast gəlinir.

"Bəzi biznes subyektləri onlar üçün yaradılmış şəraitdən sui-istifadə edirlər. Turistlərin yaddaşında belə hadisələr uzun müddət qalır", - deyə o bildirib.

İctimai Birliyin sədri qeyd edib ki, iaşə obyektlərində qida keyfiyyəti və qiymətlərlə bağlı şikayətlər daxil olduqda dərhal araşdırma aparılmalı və operativ müdaxilə edilməlidir.

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələlərə daha çevik reaksiya verməlidir", - deyə E.Hüseynov vurğulayıb.

"Belə hallar ölkənin turizm imicinə ciddi zərbə vurur"

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov bu cür hadisələri pislədiklərini bildirib.
 

"Belə hallar ölkənin turizm imicinə ciddi zərbə vurur. Təbii ki, bu cür hadisələr baş verdikdə turizm şirkətləri və ekskursiya bələdçiləri turistlərə həmin restorana getməyi tövsiyə etməyəcəklər. Digər tərəfdən, hər hansı vətəndaş və ya turist belə hallarla qarşılaşdıqda, yaxud yeməklərlə bağlı şikayəti olduqda aidiyyəti qurumlara müraciət etməlidir", - deyə o bildirib.


M.Ağakərimov qeyd edib ki, ölkənin turizm qurumlarının əsas məqsədi daha çox turist cəlb etməkdir.

"İaşə obyektlərinin rəhbərləri başa düşməlidirlər ki, məqsəd təkcə pul qazanmaq deyil, həm də ölkənin imicinə töhfə verməkdir. Biz də təşkilat olaraq öz fəaliyyətimiz çərçivəsində turizm şirkətlərinə bu istiqamətdə məlumat və tövsiyələrimizi veririk", - deyə o əlavə edib.

Turistləri aldatmağa cəhd edən iaşə obyektlərinin sayı çoxdur

Hüquqşünas Arif Nəzərovun sözlərinə görə, belə hadisə ilə qarşılaşan şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir.

Onun sözlərinə görə, hazırda bazarda turistləri aldatmağa cəhd edən iaşə obyektlərinin sayı çoxdur və onların hər birinə ayrıca nəzarət etmək çətindir.
 

"Buna görə də həm vətəndaşlar, həm də əcnəbi turistlər belə hallarla üzləşdikdə məsələni ictimailəşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Zərərçəkən turistlər və ya vətəndaşlar bu kimi hallarla bağlı turizm sahəsinə aid qurumlara da müraciət edə bilərlər", - deyə hüquqşünas bildirib.


Menyudakı qiymətdən artıq məbləğ tələb etmək istehlakçı hüquqlarının pozulmasıdır

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, ictimai iaşə obyektlərində hesablaşmalar menyuda göstərilən qiymətlər əsasında aparılmalıdır.

"Sifariş edilən məhsul və xidmətlərin dəyərindən artıq məbləğin tələb edilməsi istehlakçı hüquqlarının pozulması və hesablaşma zamanı istehlakçının aldadılması hesab olunur. Belə hallarla qarşılaşan müştərilər ilk növbədə obyektin rəhbərliyinə müraciət edərək hesabın düzgün hesablanmasını tələb edə bilərlər. Nəticə əldə olunmadıqda isə pozuntunu təsdiqləyən sübutlarla, o cümlədən qəbz və restoranın dəqiq ünvanı barədə məlumatla Agentliyə şikayət ünvanlamaq mümkündür", - deyə qurumdan qeyd edilib.

Agentlikdən bildirilib ki, sahibkarlıq sahəsində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırıldığından, bu müddətdə yalnız qanunvericilikdə nəzərdə tutulan mühüm təhlükə halları ilə bağlı əsaslandırılmış müraciətlər əsasında yoxlama aparıla bilər.

Qurumun məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların hesablaşma zamanı aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat məbləğində cərimə edilə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Leyla Əliyevadan "Turandot" tamaşası ilə bağlı paylaşım - VİDEO

Leyla Əliyevadan "Turandot" tamaşası ilə bağlı paylaşım - VİDEO

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Tramp: “Məndə İranla bağlı mühüm kəşfiyyat məlumatları var”

Tramp: “Məndə İranla bağlı mühüm kəşfiyyat məlumatları var”

Həkimlər ən zərərli qəhvə növünü açıqladı

Həkimlər ən zərərli qəhvə növünü açıqladı

Menyuda bir qiymət, hesabda başqa məbləğ: Müştəri hüquqlarını necə qoruya bilər?

Menyuda bir qiymət, hesabda başqa məbləğ: Müştəri hüquqlarını necə qoruya bilər?

Dünya çempionatı: Azərbaycan millisi 3-cü matçda UDUZDU

Dünya çempionatı: Azərbaycan millisi 3-cü matçda UDUZDU

Trampdan Ukrayna danışıqları ilə bağlı MÜHÜM XƏBƏR

Trampdan Ukrayna danışıqları ilə bağlı MÜHÜM XƏBƏR

Fransada SORĞU: Makronu dəstəkləyənlərin faizi 17-yə düşdü

Fransada SORĞU: Makronu dəstəkləyənlərin faizi 17-yə düşdü

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verdi

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verdi

Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirildi - 2 yaralı var

Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirildi - 2 yaralı var

Arsen Venger və İnfantino Sabah - Qarabağ oyununu stadiondan izləyiblər - VİDEO

Arsen Venger və İnfantino Sabah - Qarabağ oyununu stadiondan izləyiblər - VİDEO

Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

Deputat oğlunun işinə hakimlər niyə etiraz edib? - Səbəbi açıqlandı

Deputat oğlunun işinə hakimlər niyə etiraz edib? - Səbəbi açıqlandı

Daha bir yunan-Roma güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO

Daha bir yunan-Roma güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO

ACF Kubokunun ilk qalibləri müəyyənləşdi - FOTO

ACF Kubokunun ilk qalibləri müəyyənləşdi - FOTO

Ağcabədidə mikroavtobusla "Niva" toqquşdu: Xəsarət alanların vəziyyəti açıqlandı - VİDEO

Ağcabədidə mikroavtobusla "Niva" toqquşdu: Xəsarət alanların vəziyyəti açıqlandı - VİDEO

Trampdan İranla bağlı açıqlama: “Seçim arasında qalmışam”

Trampdan İranla bağlı açıqlama: “Seçim arasında qalmışam”

Deputatən saxlanılan oğlunun işi başqa məhkəməyə göndərildi - VİDEO

Deputatən saxlanılan oğlunun işi başqa məhkəməyə göndərildi - VİDEO

Eldəniz Əzizli: “Himn səslənəndə bütün karyeram gözlərimin önündən keçdi” - FOTO/VİDEO

Eldəniz Əzizli: “Himn səslənəndə bütün karyeram gözlərimin önündən keçdi” - FOTO/VİDEO

Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA

Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA

Keniyada dəhşətli qəza: Dəfn mərasimindən qayıdan 22 nəfər həlak oldu - VİDEO

Keniyada dəhşətli qəza: Dəfn mərasimindən qayıdan 22 nəfər həlak oldu - VİDEO

Hörmüz boğazında bir gəmi raketlə vuruldu

Hörmüz boğazında bir gəmi raketlə vuruldu

Türkiyədə “Sifarişlə uşaq” şəbəkəsinə qarşı əməliyyat: 8 nəfər həbs edildi - FOTO

Türkiyədə “Sifarişlə uşaq” şəbəkəsinə qarşı əməliyyat: 8 nəfər həbs edildi - FOTO

End of content

No more pages to load

RADİO