15 sentyabr əvəzinə 1 oktyabr: Təhsil və turizm üçün UĞURLU MODEL

Azərbaycanda tədris ilinin sentyabrın 15-də başlaması uzun illərdir tətbiq olunan ənənəvi qaydadır.

Lakin son illərdə sentyabr aylarında havaların yüksək temperaturla keçməsi, bəzi məktəblərdə kondisioner və digər texniki problemlərin qalması, eləcə də Bakıda sentyabr ayında keçirilən “Formula 1” yarışları ilə əlaqədar nəqliyyat məhdudiyyətlərinin tətbiqi bu tarixə yenidən baxılması məsələsini gündəmə gətirir.

Xüsusilə havaların hələ də yay temperaturunu saxladığı sentyabrın ilk yarısında minlərlə şagirdin məktəbə qayıtması həm təhsil müəssisələrinin texniki imkanlarını, həm də şagird və müəllimlərin gündəlik rahatlığını ön plana çıxarır.

Bu baxımdan tədris ilinin başlanmasının daha gec tarixə keçirilməsi alternativ kimi müzakirə oluna bilər. Eyni zamanda, tədris prosesinin iyun ayına qədər davam etdirilməsi dərs ilinin ümumi müddətinin qorunmasına imkan verəcək. Yəni söhbət tədris günlərinin azaldılmasından deyil, onların təqvim üzrə daha fərqli bölüşdürülməsindən gedir.

Hazırkı qaydalarda da tədris ili iki yarımilə bölünür və ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-dən iyunun 14-dək davam edir. Bu baxımdan əsas sual tədris ilinin neçə gün davam etməsi deyil, həmin günlərin şagird, müəllim və məktəb üçün hansı şəraitdə keçirilməsinin daha səmərəli olmasıdır. Yay tətilinin iyul və avqust aylarını, həmçinin sentyabrın böyük hissəsini əhatə etməsi isə ailələrin istirahət planlaması baxımından da fərqli imkan yarada bilər.

Üstəlik, oktyabrın 1-də akademik ilin başlanması beynəlxalq təcrübədə də tanınan modeldir. Məsələn, Sloveniyada akademik il rəsmi olaraq 1 oktyabrda başlayır. Almaniyada da universitetlərdə qış semestrinin formal başlanğıc tarixi 1 oktyabrdır. Serbiyada isə qanunvericiliyə əsasən ali təhsil müəssisələrində akademik il, bir qayda olaraq, 1 oktyabrda başlayır və 12 ay davam edir. Avropa üzrə “Eurydice” araşdırması da göstərir ki, ali təhsil sistemlərinin əhəmiyyətli hissəsində akademik ilin başlanğıcı sentyabrla məhdudlaşmır.

13 sistemdə akademik il oktyabr ayında başlayır. Hesabatda başlanma tarixlərinin ölkələrin coğrafi, mədəni və milli xüsusiyyətləri ilə əlaqəli olduğu qeyd edilib. Bu baxımdan tədris ilə bağlı alternativ modellərin, o cümlədən oktyabrın 1-də başlanma variantının müzakirəyə çıxarılması aktual sual olaraq qalır.

Azərbaycanda tədris ilinin sentyabrın 15-dən oktyabrın 1-nə keçirilməsi real alternativ kimi nəzərdən keçirilə bilərmi?

Bizim.Media xəbər verir ki, bu haqda “Sfera.az”a açıqlama verən Milli Məclisin deputatı Vasif Qafarov tədris ilinin sentyabrın 15-dən oktyabrın 1-dək təxirə salınmasının müəyyən praktik üstünlüklər yarada biləcəyini qeyd edib:

“Dərslərin daha əlverişli hava şəraitində başlaması şagird və müəllimlərin rahatlığına müsbət təsir göstərə bilər. Bu dəyişiklik tədris müddətinin iyun ayının sonunadək uzadılması ilə müşayiət oluna bilər. Beləliklə, yay tətilinin iyul-sentyabr aylarını əhatə etməsi həm isti aylarda məktəblərdə yaranan texniki çətinliklərin azalmasına, həm də ailələrin yay istirahətini daha rahat planlaşdırmasına imkan verə bilər. Eyni zamanda, tədris prosesinin iyun ayında davam etdirilməsi tədris proqramlarının tam mənimsənilməsi baxımından planlı şəkildə təşkil olunmalıdır”.

Parlamentari bu sistemin tətbiqi üçün bəzi nüansların nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Belə bir dəyişikliyin bütün ölkə üzrə tətbiq edilməzdən əvvəl məktəblərin texniki imkanları, regionların iqlim fərqləri, müəllim və şagirdlərin yükü, imtahan və qəbul proseslərinin təqvimi nəzərə alınaraq geniş müzakirə edilməlidir. Bu addımla xüsusilə Bakıda nəqliyyat yükünün azalması əlavə müsbət nəticə kimi qiymətləndirilə bilər, lakin bu amil təkbaşına tədris təqviminin dəyişdirilməsi üçün əsas olmamalıdır. Ümumilikdə, məsələ yalnız tədris ilinin tarixinin dəyişdirilməsi deyil, təhsil prosesinin iqlim, infrastruktur və şəhər nəqliyyatı amillərinə daha çevik uyğunlaşdırılması kontekstində nəzərdən keçirilməlidir”.

Qeyd edək ki, sentyabr ayında məktəblərin açılması ilə yanaşı, ailələrin yay istirahətindən qayıtması, uşaqların məktəbə hazırlanması, məktəb ləvazimatlarının alınması və gündəlik rejimə keçidlə bağlı bir sıra məsələlər eyni vaxta düşür.

Tədris ilinin oktyabrda başlaması bu proseslərin daha uzun müddətə yayılmasına imkan verə bilər. Bundan başqa, sentyabrın sonunadək davam edən yay istirahəti ölkə daxilində turizm və istirahət imkanlarından daha uzun müddət istifadə edilməsinə də şərait yaradacaq. Hazırda ailələrin böyük hissəsi uşaqların məktəbə başlaması səbəbindən sentyabrın ortalarından etibarən istirahət planlarını məhdudlaşdırmalı olur. Tədris ilinin daha gec başlaması isə sentyabr ayının da turizm və istirahət mövsümünə daxil olmasına şərait yaradacaq.

Məsələn, Bakı və Abşeron ərazisində yerləşən “Sea Breeze”, “Bilgah Beach Hotel”, eləcə də Qəbələdəki “Qafqaz Riverside Hotel”, Qusardakı “Shahdag Mountain Resort” və Şəkidəki “Marxal Resort & Spa” kimi iri turizm və istirahət məkanları üçün mövsümün sentyabrın sonunadək uzadılması əlavə imkanlar yaradacaq.


 

Xüsusilə hava şəraitinin əlverişli olduğu günlərdə ailələrin sentyabr ayında da bu məkanlara üz tutması istirahət mərkəzlərinin fəaliyyət müddətinin uzadılmasına və xidmətlərə tələbatın daha uzun müddət qorunmasına səbəb olacaq. Belə bir model tətbiq olunarsa, istirahət mərkəzlərinin də yalnız iyul və avqust aylarına hesablanan fəaliyyət qrafikindən sentyabrı da əhatə edən daha uzun mövsüm modelinə keçməsi mümkün olacaq. Bu isə turizm obyektlərinin, hotellərin, restoranların və digər xidmət sahələrinin sentyabr ayında da daha aktiv fəaliyyət göstərməsinə şərait yaradacaq. Eyni zamanda, mövsümün uzadılması regionlarda çalışan turizm obyektlərinin işçi qüvvəsinə olan tələbatını da daha uzun müddət qorumağa imkan verə bilər.

Bu isə öz növbəsində turizm sektorunda məşğulluğun artmasına, dövlət büdcəsinə vergi daxilolmalarının yüksəlməsinə və regionlarda iqtisadi aktivliyin qorunmasına müsbət təsir göstərə bilər.

Eyni zamanda, ailələrin məktəb təqvimi səbəbindən tələsik şəkildə avqust ayında istirahətə getmək əvəzinə, sentyabrın müxtəlif həftələrində daha rahat şəkildə səyahət və istirahət planı qurması mümkün olacaq. Həmçinin, Azərbaycanın turizm potensialı daha da artacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

End of content

No more pages to load

RADİO