Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Belə ki, İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində həyatını itirib.
İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.
Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ. Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.
Bizim.Media