Azərbaycanda istirahət günləri dəyişdirilə bilər - Hansı sahələrə aiddir?

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev xidmət sahələrində iş və istirahət günlərinin fərqli qaydada müəyyənləşdirilməsi ilə bağlı təkliflər mövcuddur deyib.

Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik iş vaxtı isə 40 saatdır:

"Bəzi yerlərdə altıgünlük iş həftəsi tətbiq olunur və iş vaxtı buna uyğun müəyyənləşdirilir. Xidmət sahələrində isə əsas iş yükü çox vaxt şənbə və bazar günlərinə düşür. Ancaq bütün hallarda iş münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun qurulmalıdır.

Xüsusilə özəl sektorda və xidmət sahələrində yeni tələblər ortaya çıxır. Dövrün tələblərinə uyğun olaraq xidmət sahələrində şənbə və bazar günləri digər istirahət günləri ilə əvəz edilə bilər. Qanunvericilikdə də yaranan ehtiyaclara uyğun dəyişikliklərin edilməsi mümkündür. Hər hansı dəyişiklik olarsa, bu barədə məlumat veriləcək".

İqtisadçı Akif Nəsirli də hesab edir ki, xidmət sektorunda fərqli iş və istirahət qrafikinin tətbiqi mümkündür.

Onun sözlərinə görə, restoran, otel, turizm, ticarət, əyləncə, nəqliyyat və digər xidmət sahələrində əsas iş yükü çox vaxt məhz şənbə və bazar günlərinə təsadüf edir.

"Bu sahələrdə bütün əməkdaşların eyni vaxtda həftəsonu istirahət etməsi biznesin fəaliyyətinə və xidmətlərin fasiləsiz göstərilməsinə müəyyən məhdudiyyətlər yarada bilər. Əmək qanunvericiliyi çərçivəsində iş rejiminin xüsusiyyətləri nəzərə alınmaqla bəzi müəssisələrdə həftəlik istirahət günlərinin şənbə və bazar əvəzinə digər günlərə keçirilməsi mümkündür. Burada əsas məsələ işçinin həftəlik istirahət hüququnun qorunması, iş vaxtı normasına və digər əmək hüquqlarına əməl edilməsidir.

Yəni söhbət şənbə və bazar günlərinin bütün sahələr üçün ümumi şəkildə iş gününə çevrilməsindən deyil, fəaliyyətin xüsusiyyətinə uyğun növbəli və ya fərqli istirahət qrafiklərinin tətbiqindən gedə bilər".

İqtisadçı bildirib ki, məsələn, restoran və otel işçiləri şənbə-bazar işləyərək həftənin digər günlərində istirahət edə bilərlər. Ticarət və digər xidmət müəssisələrində də növbəli iş qrafiki tətbiq etməklə həm həftəsonu yaranan yüksək tələbatı qarşılamaq, həm də işçilərin istirahət hüququnu qorumaq mümkündür.

Akif Nəsirli bununla yanaşı, belə bir sistemin bütün sahələrə avtomatik tətbiq edilməsinin sosial problemlər yarada biləcəyini də vurğulayıb:

"Çünki ailələrin, məktəblərin və digər müəssisələrin əsasən şənbə-bazar rejimində fəaliyyət göstərməsi insanların ailə üzvləri ilə birlikdə istirahət imkanlarını məhdudlaşdıra bilər. Buna görə daha real yanaşma bütün iqtisadiyyat üçün vahid qaydanın dəyişdirilməsi deyil, xidmət və fasiləsiz fəaliyyət göstərən digər sahələrdə çevik iş və istirahət qrafiklərinin genişləndirilməsi ola bilər".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

End of content

No more pages to load

RADİO