Vətən müharibəsinin xronikası: 28 sentyabr – VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qələbə Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bizim.Media Vətən müharibəsinin ikinci gününün xronikasını təqdim edir:

• BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.

Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

• Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb.

• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.

• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

End of content

No more pages to load

RADİO