Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.
Qəza zamanı kənd sakini, 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu həyatını itirib. Onun qızı, 1996-cı il təvəllüdlü Muradova Aytən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media