15 sentyabrda şəhər mərkəzinə necə rahat gəlmək olar? - Sürücülər üçün qızıl MƏSLƏHƏTLƏR

15 sentyabr “Bilik Günü” məktəblilərin, tələbələrin, təhsil işçilərinin sevimli bayramı olsa da, qalan işçilər üçün ən arzulanmaz bir gündür, hətta keçilməsi müşkül olan “Sirat körpüsü”dür.

“Bilik Günü”nə sayılı günlər qaldığı bir vaxtda artıq Sumqayıt, Ceyranbatan, Saray, Xırdalan, Masazır və digər Bakıətrafı ərazilərdən gələnlər indidən qaralar bağlayıblar. Çünki məktəb, universitet və kursların tədrisə başlanması ilə artıq şəhərə gələn istiqamətlərdə sonu görünməyən tıxaclar yaranır. Sosial şəbəkələrdə 4-5 km-lik yolu 1 saata gələ bilməyən vətəndaşlar alternativ çıxış yolları axtarırlar, necə etsinlər ki, həmin gün tıxacda yatmasınlar.

Sonu görünməyən yollarda “savaş”

Əvvəla onu diqqətə çatdıraq ki, ən etibarlısı həmin gün Bakıya ekspres avtobusla ya da sürət qatarı ilə gəlməkdir. Dayanacaq və stansiyadan uzaq yaşayanlar ora avtobus, həmçinin şəxsi maşınlarla gələ bilər. Ümumiyyətlə qatar və metro stansiyalarının həndəvərində parklayıb, yolun yarısını ictimai nəqliyyatla davam etmək artıq sərnişinlər arasında çox tanış üsuldur, getdikcə isə ən əlverişlisi kimi görünür.

Mümkün qədərilə daha erkən yola çıxmaq lazımdır. 15 sentyabrda adi iş günündən 30-40 dəqiqə tez yola çıxmaq ağlabatandır. Ələlxüsus da öncədən maraqlanıb son günlər Bakının bəzi yollarında təmirlə əlaqədar bağlanmış və ya məhdudlaşdırılmış yollara görə çətin vəziyyətə düşməməkdir.

Sürücülər nələrə diqqət etməlidir?

Amma məhz öz şəxsi maşını ilə işə gəlmək istəyənlər saatlarla tıxacda qalmamaq üçün alternativ  yollardan istifadə edə bilərlər. Nəzərə alsaq ki, Bakıya ən böyük axın yuxarıda adlarını sadaladığımız şəhər və qəsəbələrdən gəlir, o zaman həmin yolların tam uğurlu alternativi olmasa da, ən azından canqurtaran variantını təqdim edirik.
 

Sumqayıtdan gələnlər Novxanıdan, Saray və Masazırdan olanlar isə Balaxanını keçməklə Heydər Əliyev prospektinə yaxud Balaxanıdan (sola - Santrala deyil, sağa dönməklə) Rəsulzadə qəsəbəsinə çıxıb oradan da Ayna Sultanova, Gənclik istiqamətinə doğru gedə bilərlər. Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.


Bundan başqa, Ekologiya Postuna qədər birtəhər dişini sıxa bilən sürücülər həmin yoldan sağa istiqamət almaqla Sədərək yolu-Lökbatan-Badamdar vasitəsilə Bakıya girə bilərlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

End of content

No more pages to load

RADİO