Veteranlar təqaüdü 100 manata qaldırıla bilər – Deputatdan açıqlama

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov “modern.az”a açıqlama verib:

“Qazilər və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi insan mərkəzli dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, məsul dövlət mövqeyi ictimai dövriyyədə səslənən hər ehtimalı qəbul edilmiş qərar kimi təqdim etməyə imkan vermir.

Sosial ödənişlərin məbləği yalnız müvafiq normativ-hüquqi aktın qəbulundan və maliyyə təminatının müəyyənləşdirilməsindən sonra dəyişmiş hesab olunur. Buna görə rəsmi qərar elan edilənədək artımın konkret məbləği və tətbiq tarixi barədə qəti fikir bildirmək hüquqi və institusional baxımdan düzgün olmaz".

Deputat mümkün artımın fiskal yükünün idarəolunan hesab edildiyini söyləyib:

"Məsələnin fiskal miqyası isə mövcud statistik baza əsasında obyektiv qiymətləndirilə bilər. Hazırda 183 mindən artıq müharibə veteranına aylıq 80 manat Prezident təqaüdünün ödənilməsi təxminən 175,8 milyon manatlıq illik maliyyə öhdəliyi formalaşdırır.

Təqaüdün 80 manatdan 100 manata çatdırılması yalnız bu istiqamət üzrə dövlət büdcəsinə əlavə 43,9 milyon manatlıq illik yük yaradar. Bu rəqəm proqnozlaşdırılan artım kimi deyil, mümkün qərarın maliyyə tutumunu göstərən şərti hesablama kimi qəbul edilməlidir”.

Deputat bildirib ki, qanunvericilikdə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kimi təsnif olunan qazilərə orqanizmin funksiyalarının pozulma səviyyəsinə uyğun olaraq 400, 500 və 600 manat Prezident təqaüdü ödənilir:

“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş təxminən 14 min şəxs üzrə orta aylıq göstərici 472 manata yaxındır. Bu ödənişlərin 20 faiz artırılması illik təqribən 15,8 milyon manat əlavə vəsait tələb edər. Veteran təqaüdünün 100 manata çatdırılması ilə həmin ssenari birlikdə götürüldükdə ümumi əlavə maliyyə tələbatı 59,8 milyon manat səviyyəsində formalaşar.

2026-cı il dövlət büdcəsinin 41,7 milyard manatlıq xərc çərçivəsi və sosial müdafiə ilə sosial təminata ayrılmış 4,87 milyard manat nəzərə alındıqda, göstərilən ssenari ümumi büdcə xərclərinin təxminən 0,14 faizinə, müvafiq sosial xərclərin isə 1,23 faizinə bərabərdir. Bu nisbətlər mümkün artımın fiskal baxımdan idarəolunan olduğunu göstərir, lakin ödənişlərin daimi xarakteri onların dayanıqlı və əsasən qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsini zəruri edir".

R.Muradov bu qərarın həm daxili istehlakı, həm də sosial ədaləti dəstəkləyə biləcəyini deyib:

"Belə bir qərarın iqtisadi təsiri yalnız büdcədən ayrılan vəsaitlə məhdudlaşmır. Ödənişlərin əsasən gündəlik tələbat mallarına və xidmətlərə yönəlməsi daxili istehlakı dəstəkləyir, vəsaitin müəyyən hissəsinin iqtisadi dövriyyə və vergi daxilolmaları vasitəsilə büdcəyə qayıtmasına şərait yaradır. Maliyyə miqyası ümumi iqtisadiyyatla müqayisədə məhdud olduğundan ayrıca ciddi inflyasiya təzyiqi gözlənilmir.

Burada əsas məqsəd sosial ədalətin, dövlət-vətəndaş etimadının və Vətən qarşısında xidmətə verilən ali siyasi-hüquqi qiymətin maddi təminat mexanizmləri ilə daha da möhkəmləndirilməsidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

End of content

No more pages to load

RADİO