Hər daşı bir şəhidə şahid olan ŞƏHƏR – "Xatirə yaşatmaq" adı ilə müqəddəs ruhlara HÖRMƏTSİZLİK

Hər daşı bir şəhidə şahid olan ŞƏHƏR – "Xatirə yaşatmaq" adı ilə müqəddəs ruhlara HÖRMƏTSİZLİK
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəhid adı bir azərbaycanlı üçün sadəcə ad və soyad demək deyil. Hər bir adın arxasında nakam ömür, yarımçıq qalan xəyallar, ailəsinin övlad itkisi kimi ağır dərdi, eyni zamanda igid oğulla fəxarət hissi dayanır. Bu torpaqlar uğrunda canından keçən, vətən eşqi ilə düşünmədən özünü oda-alova atan oğulların hesabına bu gün Qarabağımızda rahat addımlayırıq.
 

Əsla unutmarıq ki, Qarabağın işğaldan azad edilən torpaqlarının hər qarışında bir şəhidin izi var. Ona görə də şəhidlərin adını uca tutmaq hər birimizin mənəvi borcudur. Onların əziz xatirəsini unutmaq, sinəsində ürək daşıyan azərbaycanlıya yaraşmaz. Amma şəhidi yad etmək, adını uca tutmaq başqa şeydir, onun adını gördüyün hər daşa, qayaya, divara yazmaq tamam başqa.


Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərinə şəhidlərin adlarını yazıblar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, bu kimi hallar ilk deyil. Dəfələrlə belə hallara rastlanıb. Nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir.

Şuşanın hər daşı bir şahiddir

Şəhidlər onsuz da bizim qəlbimizdədir. Onları xatırlamaq üçün Şuşanın qayasına, daşına, divarına ad yazmağa ehtiyac yoxdur. Onların adları yaddaşımızda, dualarımızda, tariximizdə, dərsliklərimizdə onsuz da yaşayır.

Şuşaya gələn bəzi insanlar bəlkə də şəhidlərin adlarını qayalara yazmaqla özlərindən də iz qoymaq istəyiblər. Hansısa videokadra düşəndə, təkrar oradan keçəndə fəxrlə göstərib “Onu mən filan ildə yazmışam” desinlər... Bəlkə də sadə məqsəddir, amma bu addımın nəticəsi o qədər də sadə deyil: burada söhbət şəhidə, vətənə, tarixi yaddaşa olan münasibətdən və məsuliyyətdən gedir.

Çünki Şuşa adi bir şəhər deyil.
 

Bu şəhərin hər daşı uğrunda mübarizə aparılıb. Bu şəhərin hər küçəsinin, hər divarının, hər qayasının öz hekayəsi var. Ona görə də Şuşaya gələn insanın davranışı da bu şəhərin böyüklüyünə uyğun olmalıdır. Daşın üzərinə ad yazmaqla şəhid uca tutulmur, əksinə, onun müqəddəs xatirəsini qeyri-peşəkar, “necəgəldi”, vizual baxımdan xoş olmayan şəkildə təqdim edilir. Bu, xatirəni ucuzlaşdırmaqdır.


Xatirə ilə vandalizm arasındakı fərq

Şəhidlərin adlarını əbədiləşdirməyin öz yeri və öz qaydası var. Azərbaycanda şəhidlərin xatirəsinə ucaldılmış kifayət qədər abidələr, memorial komplekslər, parklar, küçələr mövcuddur.

Bu məkanlar məhz şəhidlərin adlarının ləyaqətlə yaşadılması üçün yaradılıb. Əgər həqiqətən şəhidin adını uca tutmaq istəyiriksə, ilk növbədə onun uğrunda can verdiyi vətənə münasibətimizdə bunu göstərməliyik. Və bu təkcə Qarabağ torpaqlarına aid deyil. Bundan əvvəl də Nizami Kino Mərkəzinin binasında və digər yerlərdə oxşar hallar törədilmişdi. Həmin hadisələr vandalizm kimi qiymətləndirilib, aidiyyəti şəxslər barəsində isə hüquqi tədbirlər görülüb.

Dünyanın bir çox şəhərlərində bu, ciddi problemə çevrilib və hər dəfə də böyük vəsait tələb edən təmizləmə işlərinə səbəb olur.

Tarixi və memarlıq cəhətdən əhəmiyyətli binalara, abidələrə və digər mədəniyyət nümunələrinə münasibətdə xüsusi həssaslıq nümayiş etdirilməlidir. Heç bir yaxşı niyyət, sevgi yaxud iftixar hissi qaydaları pozmağa əsas vermir. İstər Şuşa, istər Bakı, eləcə də vətənimizin digər şəhər və rayonlarında bu məsələyə məsuliyyətli yanaşılmalıdır. Vətənin daşını yazmaqla yox, vətənin hər daşını qorumaqla Vətəndaş olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO