Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonun Dəliməmmədli ərazisindən keçən hissəsində olub.
Yanacaqdaşıyan ağır tonnajlı avtomobil idarəetməni itirərək qəza törədib. Nəticədə nəqliyyat vasitəsində olan yanacaq asfalta dağılıb.
Hadisə yerinə Dövlət Yol Polisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Leyla Vəfadar, Məqsəd Rəhimov, Bizim.Media